Azərbaycanda tikintidə layihələndirmə tələb olunan işlərin siyahısı müəyyənləşib
Nazirlər Kabineti “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nı təsdiqləyib.
Bura ərazi planlaşdırılması üzrə ümumi planlar və yaşayış məntəqələrinin baş planlarının hazırlanması, müfəssəl planların hazırlanması, tikinti obyektlərinin memarlıq layihələndirilməsi üzrə bina və qurğuların memarlıq layihələndirilməsi, memarlıq abidələrinin bərpası, inşaat konstruksiyalarının layihələndirilməsi üzrə nəqliyyat qurğularının layihələndirilməsi, dəmir yollarının layihələndirilməsi, tunel, körpü və yolötürücülərinin layihələndirilməsi, avtomobil yollarının layihələndirilməsi, aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi, metropolitenlərin layihələndirilməsi, magistral boru kəmərlərinin layihələndirilməsi, hidrotexniki qurğuların layihələndirilməsi, meliorasiya qurğularının layihələndirilməsi, mühəndis sistemlərinin layihələndirilməsi üzrə yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi, su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi, istilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi, rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi, nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi, layihələrin xüsusi bölmələrinin işlənilməsi üzrə tikintinin təşkilinin layihələndirilməsi, smetaların tərtib edilməsi bina, qurğu və mühəndis sistemlərinin texniki vəziyyətinin müayinəsi üzrə bina və qurğuların müayinəsi, mühəndis sistemlərinin müayinəsi daxildir.
Baş layihəçi funksiyasının həyata keçirilməsi (fəaliyyət sahələri üzrə) də layihələndirməsi lazım olan işlərin siyahısında yer alıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 4 d. əvvəl
-
-
15 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 18 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır























