Bu ölkədə kran suyu marketlərdə satılan sulardan xeyli üstündür
Almaniyada kran suyu Avropanın ən təmiz sularından sayılır. Əlbəttə ki, Alp dağlarından borularla İsveçrə və Avstriyada mənzillərə çatdırılan su daha populyardır. Lakin buna baxmayaraq, Almaniya bu baxımdan da geridə qalmır.
Bu günlərdə federal hökumətə təqdim olunan hesabat göstərir ki, borulardakı su kimyəvi tərkibinə və dad göstəricilərinə görə supermarketlərdə satılan qablaşdırılmış sulardan xeyli üstündür. Səbəb ondadır ki, bu ölkədə kran suyunun keyfiyyəti ildə ən azı 15 min dəfə yoxlanılır. Nəzarət orqanları əldə olunan nəticələri diqqətlə izləyir. Onların məqsədi suyun keyfiyyətinin təsdiq edilmiş standartlara uyğun saxlamaqdır. On ildən çoxdur ki, burada su xlorlanmır. Məlum olduğu kimi, suda bakteriyaların mövcudluğu təsdiqlənmədiyinə görə buna ehtiyac da olmayıb. Bununla belə, çaydanların və digər suqızdırıcı cihazlara oturan ərpdən göründüyü kimi bu ölkədə su sərt olaraq qalır.
Ölkənin hər sakini müvafiq xüsusi sayta özünün poçt indeksini daxil edərək suyun istədiyi gündəki keyfiyyətini yoxlaya bilər. Bu da demək olar ki, bütün almanlara çəkinmədən kran suyu içmək imkanı verir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)



