“Bakı Fond Birjası”nın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
“Bakı Fond Birjası” QSC (BFB) 2020-ci ili 826 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-lcu illə müqayisədə 3,7 dəfə azdır.
Ötən il BFB-nin vergiyəqədərki mənfəəti 1,044 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 218 min manat (3,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 12 milyon 763 min manat olub ki, bu da illik müqayisədə 7,8% çoxdur. Hesabat dövründə Birjanın öhdəlikləri 9,7% artaraq 1 milyon 98 min manata, balans kapitalı isə 7,6% artaraq 11 milyon 665 min manata çatıb.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















