Agentlərin ümidi ölməyib - Sorğu
AXA MBASK SŞ-nin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədi ilə, “Media Consulting and Services” konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirmişdir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumatda deyilir ki, tədqiqatın məqsədi AXA MBASK ilə əməkdaşlıq edən sığorta agentlərin əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, agentlərinin məmnunluq dərəcəsini müəyyən etmək idi.
Tədqiqatın nəticəsinə görə,
-Tədqiqatın nəticələri göstərdi ki, 78% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümidlidür,
-Sorğuda iştirak etmiş agentlərin 89% AXA MBASK SŞ-nın gələcəyi və sığorta sektoruna verdiyi qatqıdan ümidlidirlər,
-Respondentlərin 93%-i AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar Şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər (keçən ilə nisbətən 2% yüksəlib).
Bu da, daha çox agent öz gələcəyini AXA MBASK-la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir.
-Müəyyən edilmişdir ki, sığorta agentlərinin 42%-i 4 ildən artıq müddətdə AXA MBASK-la əməkdaşlıq edir.
“Vurğulamaq lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir.
Bu, Şirkətin keçirtdiyi ikinci sorğudur. AXA MBASK SŞ gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır”, - AXA MBASK SŞ-nin məlumatında deyilir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















