Apple istifadəçiləri heyrətləndirəcək bir sıra yeni məhsullarını təqdim edib
AppStore-un həftəlik ziyarətçi sayı - 600 milyon nəfərdir!ABŞ-ın transmilli texnologiya şirkəti, Facebook, Google, Microsoft və Amazonla birlikdə “beş Amerikan nəhəngi”ndən biri olan Apple dünən bir sıra yeni məhsullarını təqdim edib. MArja xəbər verir ki, hər il proqramçılar üçün keçirilən Apple Ümumdünya Proqramçılar Konfransı (Apple Worldwide Developers Conference - WWD) bu il də bir sıra maraqlı məlumatlar və yeni məhsullarla yadda qalıb. Marja konfransda təqdim olunan məhsul və yeniliklərdən ən maraqlı olanları sizin üçün bir yerə toplayıb.
AppStore-dan rekord göstəricilər...
Apple yarandığı gündən bəri özünün AppStore tətbiqi proqram platformasına 250 milyard dollar pul xərclədiyini bildirib. Bu vəsaitin əsas hissəsi proqramçılara ödənilib. Hazırda AppStore-un həftəlik ziyarətçi sayı 600 milyon nəfər təşkil edir.

Şirkət həmçinin, bir sıra cihazlar üçün iOS əməliyyat sisteminin yeni versiyalarını və yeniliklər təqdim edib. Bu yeniliklərdən biri 2D fotoşəkilləri 3D modelinə çevirmək imkanıdır. iPhone smartfon istifadəçiləri istənilən sayda 2D fotoşəkillər çəkə və onları “genişlənmiş reallıq” (augmented reality) tətbiqi proqamlarında istifadə etmək üçün 3D modelinə çevirə bilər.
Siri, de görüm hava necədir?!?
Apple ilk dəfə olaraq iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramından - Siridən (Speech Interpretation and Recognition Interface) istifadə edənlərin sayını açıqlayıb. Məlumatlara görə, hər ay 600 milyon cihaz Siridən istifadə edir və onun köməyinə müraciət edir.
MacOS Monterey
Mac noutbukları üçün MacOS əməliyyat sisteminin ən son versiyası Monterey adlanır. Yeniliklər eyni maus və klaviaturadan həm, Mac həm də iPad-larda istifadəni mümkün edir. Mausun kursoru Macbook-un ekranı, ona qoşulmuş əlavə Desktop və iPad arasında dəyişərək, faktiki olaraq iPad-i ikinci funksional ekrana çevirir. Həmçinin, müxtəlif iOS cihazları AirPlay adlanan yeni funksiya vasitəsilə öz ekranlarını Mac kompüteri ilə paylaşa bilər.

HomePod mini
Apple-ın digər bir maraqlı cihazı HomePod mini səsgücləndirici dinamika vasitəsilə bundan sonra təkcə danışa və ya musiqi dinləyə bilməyəcəksiniz. Eyni zamanda, Siri-nin köməkliyi ilə AppleTv-dəki istənilən kanala qoşularaq, sevimli film və ya proqramlarınızı audio formatda izləmək imkanına malik olacaqsınız.
WatchOS 8-lə mesajınızı birbaşa qol saatınıza yazın!
Ağıllı saatlar - AppleWatch üçün nəzərdə tutulmuş WatchOS əməliyyat sisteminin ən sonuncu - 8-ci versiyası portret rejimində çəkilmiş fotoşəklin saatlarda arxa fon kimi istifadəsinə imkan verir. Həmçinin, istifadəçilər barmaqla qol saatlarının üzərində qısa mesaj yazaraq, göndərə biləcəklər.

Yeni iCloud+
Apple onlayn saxlanc abunəçiləri üçün gizliliyi qoruyan yeni iCloud+ xidmətini istifadəyə verib. Private Relay adlanan ən mühüm özəllik istifadə olunan veb trafikini 2 müxtəlif server üzərindən təmin etməkdir. Bu zaman VPN-də olduğu kimi, internetdən kimin istifadə etdiyi və nəyə baxdığı gizli qalır.

iPadOS 15
iPad-lar üçün əməliyyat sistemi - iPadOS-un ən son 15-ci versiyası tətbiqi proqramları avtomatik sıralamaq, ekranı 2 bərabər hissəyə bölməklə eyni anda 2 tətbiqi proqramdan istifadə etmək, Quick Notes funksiyası vasitəsilə Apple Pencildən istifadə edərək, ekranda qısa qeydlər yazmaq, Translate proqramının yenilənmiş variantında danışaraq, nitqin dərhal ekranda tərcüməsini görmək kimi yeni imkanlar yaradır.
iOS 15
iPhone markalı smartfonlar üçün ən son əməliyyat sistemi - iOS15 iMessage tətbiqində istifadəçilər tərəfindən gələn bildirişləri qruplaşdırmağa, “narahat etməyin” funksiyası ilə hazırda danışmaq imkanı olmadığını status kimi dostlarınızsa göstərməyə, Fokus rejimi ilə sizi narahat edən proqramları gizlətməyə, LiveText özəlliyi ilə fotoşəkillərdki yazıları tanıyıb skan etməyə, sürücülük vəsiqəsi və s. sənədləri skan edərək, pulqabına tanıtmağa, mobil telefonunuzdan kart-açar kimi istifadə edərək, otel nömrənizə və ya ağıllı evinizə daxil olmağa imkan verəcək.

Yeni məhsul və funksiyaları beta versiyada iyuldan etibarən sınamaq olar, payızda isə tam şəkildə Applesevərlərin istifadəsinə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
13 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 13 saat əvvəl
-
14 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















