Azərbaycanda ilk dəfə Saatlıda əkilib, yüksək çıxış alınıb
Azərbaycanda ilk dəfə Saatlı rayonunda əkilən kinoa bitkisi sahəsindən yüksək çıxış alınıb. “Bəşəriyyətin xilaskarı” adlandırılan bu bitki bölgə iqliminə uyğunlaşdığı üçün kütləvi şəkildə əkini planlaşdırılır.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yem bazasının daha da inkişaf etdirilməsi üçün qeyri-ənənəvi bitkilərin regionlara uyğunlaşdırmaqla sınaq əkini həyata keçirilir. Bu sahədə Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun alimləri həm yerli, həm də xarici sort toxumların pilot əkini üçün layihələr həyata keçirirlər. Saatlıda da bir neçə növ qeyri-ənənəvi bitkinin əkini aparılıb. Bunlar arasında ilk dəfə əkilən kinoa bitkisindən yüksək çıxış əldə olunub.
Əkinçilik və Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevil Abbasquliyeva deyir ki, kinoanın tərkibində yüksək protein var. Bu baxımından qida məhsulu kimi çox əhəmiyyətli bitkidir. Sınaq üçün darı, soya, sorqo, amarand və digər bitki toxumları da əkilib. Əsas diqqəti çəkən bitkilərdən biri də sorqodur. Sorqo əsasən quraqlığa dözümlü olması ilə seçilir. Bundan başqa, sınaqdan uğurlu çıxan bitkilərdən biri də amarandır. Yüksək məhsuldarlığı malikdir və yem kimi istifadə olunmaqla yanaşı, dərman preparatlarının hazırlanmasında da faydalıdır. Saatlı rayonu aran bölgəsi olduğu üçün burada əsasən susuzluğa və quraqlığa dözümlü bitki toxumları əkilib.
Sınaq əkini aparılan bitkilərin fermerlərə təqdimatı üçün nümayiş də keçirilib. Saatlı və ətraf rayondan olan təsərrüfat sahibləri dəvət olunaraq həmin bitkilərin əkilməsinin əhəmiyyətli tərəfləri onlara izah edilib. Fermerlər qeyri-ənənəvi bitkilərin üstün cəhətləri ilə tanış olublar.
Saatlıdan olan fermer Şahmurad İmanov bildirib ki, sınaq üçün əkilən bitkilər arasında darı da diqqətini çəkib. Kinoa və soya bitkisi də heyvandarlığın inkişafına müsbət təsir göstərə bilər.
Qeyd edək ki, adıçəkilən bitkilərin bölgələrə uyğunlaşdırılması üçün təkcə Saatlıda deyil, digər bölgələrdə - Tərtər, Beyləqan və Abşeronda da əkin həyata keçirilib. Hazırda həmin sahələrdə də müşahidələr aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























