“2022-ci ilədək Azərbaycanda “Aİ-95” və “Premium” benzinlərinin istehsalı mümkün olacaq”
Dünya yanacaq bazarındakı dəyişiklər bəzən qlobal siyasi proseslərlə izah olunur.
Bunu açıqlamasında Milli Məclisin üzvü, millət vəkili Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, hazırda gedən siyasi proseslər, münaqişələr, İran ətrafında baş verən proseslər, Rusiya-ABŞ münasibətləri və bu münasibətlərin gərginləşməsi fonunda dünyada yüksəkoktanlı benzinə olan tələbat artır: “Bunun nəticəsidir ki, məhz bu kateqoriyadan olan benzinin qiymətində və neftin qiymətində artım müşahidə olunmaqdadır”.
Deputat bildirib ki, beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliyindən asıllığı aradan qaldırmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub: “Məndə olan məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsində 2022-ci ilə qədər “Aİ-95” və “Premium” markalı benzinlərin istehsalı mümkün olacaq. Bu da bizi beynəlxalq yanacaq bazarındakı asıllılıqdan azad edəcək və dövlət bu marka benzinlərin də tənzimlənməsini həyata keçirə biləcək”.
N. Həmzəyev deyir ki, ümumilikdə nəzərə almalıyıq ki, hazırda qonşu ölkələrlə müqayisədə Azərbaycanda yenə də bu marka benzinlərin qiyməti aşağıdır: “Ancaq istənilən halda, biz bu asıllığı tamamilə aradan qaldırmaq və qiyməti stabil saxlaya bilmək üçün məhz bu marka benzinləri istehsal edəcək zavodların tikilməsini həyata keçirməliyik. Bilirsiniz ki, əslində “Aİ-95” və “Premium” markalı benzinləri daha çox bahalı avtomobillərin sürücüləri istifadə edirlər. İstər-istəməz, bu, yüklərin daşınmasında və kənd təsərrüfatı məhsullarının artımına elə də böyük təsir etməməlidir. Bu baxımdan da biz çalışmalıyıq, xüsusilə də aidiyyatı qurumlar çalışmalıdırlar ki, bunu bəhanə gətirərək süni qiymət artımına imkan verilməsin. Çalışmalıyıq ki, bu məsələdə hər birimiz fəallıq göstərək”.
Deputat düşünür ki, qətiyyən imkan vermək olmaz ki, süni qiymət artımı baş tutsun: “Çünki, bu kateqoriya və bu markalı benzinlər daha çox bahalı xarici avtomobillərdə istifadə edilir, yük daşımalarında isə “Aİ-92” markalı və dizel yanacağından istifadə olunmaqdadır: “Təəssüflə qeyd etmək lazımdır ki, “Aİ-95” və “Premium” markalı benzinlərin hazırda Azərbaycanda istehsalı mümkün olmadığı və xaricdən alındığı üçün, bu yanacaqların qiymətinin artımı da beynəlxalq yanacaq bazarındakı qiymət dəyişiklikləri ilə əlaqədardır. Azərbaycanda yeni zavodunun tikilməsi və ya mövcud zavodda modernləşdirmə işləri yekunlaşdıqdan sonra bu marka benzinlərin də istehsalı mümkün olacaq ki, bu da dövlət tərəfindən qiymətin tənzimlənməsinə şərait yaradacaq”.
Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda benzinin qiyməti bahalaşıb və “Aİ-95” markalı benzinin qiyməti 1,40 manat olub.
Qeyd edək ki, qiymət artımına qədər bu markalı yanacağın qiyməti 1,25 manat təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















