“Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcək

"Asan İmza" mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.
Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul etmişdir. Xatırladaq ki, bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil etmişdir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrünə müddətində "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.
"Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz və yeni nömrə əldə etməyə ehtiyac yoxdur. "Asan İmza" xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıclar əldə etmək mümkün olacaqdır.
Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfin7kldən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər",- məlumatda deyilir.
Bir daha qeyd edək ki, “Asan İmza” Azərbaycan Respublikası qanunvericiliynə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.
Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Vətəndaşlar, “1847" Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya [email protected] elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 saat sonra
-
14 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
1 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
1 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
1 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
2 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
2 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
2 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
