Ötən il qlobal borclar 24 trilyon dollar artıb - REKORD HƏDDƏ ÇATIB
Hazırda 281 trlyon dollar təşkil edən borc öhdəlikləri təhlükəli tendensiya yaradır.Qlobal borc öhdəlikləri ölkələr arasında inkişaf uçurumlarını daha da dərinləşdirir. Pandemiyanın vurduğu zərərlərin bərpası da belə vəziyyətdə çətin görünür.
Moody’s Analytics şirkəti yeni hesabatında qlobal borclanma səviyyəsinin görünməmiş dərəcədə artması barədə xəbərdarlıq edib.
Marja ekspertlərin açıqlamalarına istinadla xəbər verir ki, ötən il dünya ölkələrinin borcları 24 trilyon dollar artıb. Bu isə qlobal səviyyədə ÜDM-in 366%-i deməkdir. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələrin ödənilməyən borc öhdəlikləri son onillikdə iki dəfə artıb və hazırda qlobal borcların üçdə birini təşkil edir.
“Pandemiyanın gətirdiyi problemlər bütün növ borcları artırıb... Burda ən böyük pay dövlət borcunun üzərinə düşür, bu isə təəccüblü deyil. Çünki ötən il bütün dünyada vergi ödəyicilərinin büdcə qarşısında öhdəlikləri demək olar ki, çox cüzi həcmdə yerinə yetirilib. Büdcə kəsirini qapatmaq və fiskal stimullaşdırma proqramlarına getmək üçün hökumətlərə həmişəkindən daha çox vəsait lazım olub.” - Moody’s Analytics-in Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Stiv Kokran CNBC televiziyasına müsahibəsində bildirib.
Ekspertlər borc yükü səbəbindən inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş iqtisadiyyatlar arasındakı fərqin daha da dərinləşəcəyini proqnozlaşdırır. Türkiyə, Vyetnam və Braziliya kimi ölkələr birdən artıq sektorda rekord borclanma həddinə görə hesabatda xüsusi qeyd olunub. Hindistan, Argentina, Malayziya və digər inkişaf etməkdə olan ölkələr koronavirus pandemiyasının yeni dalğası ilə mübarizə aparır. Bu iki amil cari ildə iqtisadiyyatın bərpası səviyyəsində adıçəkilən ölkələr qrupunun inkişaf etmiş ölkələrdən geri qlmasına təkan verən əsas səbəblər sırasında olacaq.
Xatırladaq ki, özündə 70 ölkədən maliyyə sənayesində 450-dən çox üzv təşkilatı birləşdirən Beynəlxalq Maliyyə İnstitutu (IIF) cari ilin fevralında yaydığı “Qlobal Borc Monitoru” sənədində inkişaf etmiş ölkələrdə 2019-cu ildə 183 trilyon dollar təşkil edən borc öhdəliklərinin 2020-ci ildə 205 trilyon dollara çatdığını bildirmişdi. Avropa ölkələrindən Fransa, İspaniya və Yunanıstanda bu artım daha ciddidir. 2019-cu ildə borcun ÜDM-ə nisbəti 220% idisə, 2020-ci ildə bu göstərici daha da artaraq, 250%-ə çatıb. Çin, Türkiyə, Braziliya, Cənubi Koreya və BƏƏ ən çox borclanan ölkələr sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
5 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















