“Ekol Mühəndislik Xidmətləri”nin mənfəəti cüzi artıb
Ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməklə məşğul olan “Ekol Mühəndislik Xidmətləri” QSC 2020-ci ili 1 milyon 165 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 1 milyon 160 min manat xalis mənfəətlə bağlamışdı.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 18 milyon 128 min manat təşkil etmiş əsas əməliyyat gəlirləri 2020-ci ildə 21 milyon 846 manata yüksəlib (3 milyon 718 min manat artıb).
“Ekol Mühəndislik Xidmətləri”nin ötən il cəmi xərcləri isə 3 milyon 921 min manat artaraq 21 milyon 614 min manata təşkil edib. Şirkət ötən ili 232 min manat əməliyyat mənfəətilə başa vurub (2019-da 435 min manat).
Birgə müəssisənin maliyyə nəticələrində pay hesabına “Ekol Mühəndislik Xidmətləri”nin mənfəəti artıb. Ötən il şirkət birgə müəssisənin maliyyə nəticələrindən 1 milyon 194 min manat pay alıb (2019-da 1 milyon 1 min manat)
Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə təsis edilib. 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi ilə “AAS-EKOL” MMC yaradılmışdır. Bu şirkət tullantıların idarə olunması sahəsində fəaliyyətə göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)



