Azərbaycan bazarında yeni beynəlxalq ödəmə sistemi
15-ə yaxın ölkədə fəaliyyət göstərən “Wallet One” ödəmə sistemi Azərbaycan bazarına da daxil olub.
“Marja” xəbər verir ki, “Wallet One” vahid cüzdan yaratmaq vә multivalyutalı ödәmә imkanı təqdim edir. Cüzdanla әmәliyyatların әksәriyyәti pulsuzdur. Hesabınızın balansını nәğd (eManat vasitəsilə), elektron pul vә ya kartdan köçürmә ilә artıraraq internet mağazalarında alış-veriş edə, kommunal, mobil rabitә vә ya internet xidmәt haqqlarını ödәyə, hәmçinin başqa ölkәlәrә, yaxınlarınıza pul köçürə bilərsiniz. “Wallet One”dan istifadə etmək üçün qeydiyyatdan keçəmək tələb olunur.
“Wallet One” aşağıdakı imkanları yaradır:
- Hesablarınızı Azərbaycanda və bütün dünyada ödəyə bilmək imkanı,
- Bank kartı olmadan E-mail, telefon nömrәsi və SWIFT sistemi vasitəsilə VISA vә MasterCard kartlarına pul köçürmәləri, beynəlxalq pul köçürmələri sistemlərindən istifadə,
- Bütün dünyada fəaliyyət göstərən online mağazalarda alış-veriş,
- Wallet hesabın doldurulması və nağd pulun sürətli və asan çıxarılması,
- Valyuta mübadiləsi imkanı,
- Wallet-dən Wallet-ə pul köçürmə imkanı.
ŞİRKƏTLƏR ÖDƏNİŞLƏRİ RAHAT QƏBUL EDƏ BİLƏRLƏR
“Wallet One” “Vahid kassa” xidmətini də təklif edir. “Vahid kassa” universal ödәmә qәbulu sistemidir. İnternet mağazaları, mobil xidmətlər, foreks, oyun və lotereya xidmətləri göstərən şirkətlər və s. bu xidmətdən istifadə edərək satdıqları mallara və göstərdikləri xidmətlərə görə ödənişləri elektron şəkildə qəbul edə bilərlər. “Wallet One” “Vahid kassa” xidmətini nümayiş etdirmək üçün demo mağazasını da istifadəyə verib. Demo mağaza internet mağazasının nümayiş vitrinidir. Burada Vahid kassa vasitәsilә sifarişlәrin ödәnilmәsinin necә hәyata keçirildiyinә baxa bilәrsiniz: https://www.walletone.com/az/merchant/demo/
WALLET ONE “VAHİD KASSA” TƏHLÜKƏSİZDİRMİ?
“Wallet One” PCI DSS tәhlükәsizlik standartı, SSL-protokolu, Verified by Visa vә MasterCard SecureCode tәhlükәsizlik sistemlәrini tәtbiq edir.
“WalletOne” elektron sisteminin Azərbaycanda titul sahibi (administratoru) “Finnova” MMC-dir. Güzdana qoyulan pullar “Access Bank” tərəfindən saxlanılır.
Qeyd edək ki, bu gün “Wallet One” xidmətinin Azərbaycanda təqdim olunması münasibətilə tədbir keçiriləcək.
“Wallet One” 2007-ci ildən başlayaraq elektron ticarət üçün ödəniş sistemlərini: internet mağazaları, texnoloji partnyorlar və ödəmə agentləri üçün mürəkkəb bank və ödənş həllərini təkmilləşdirən beynəlxalq şirkətdir.
“Wallet One” xidmətinin əsas funksiyaları –internet vasitəsilə multivalyutalı aliş-veriş üçün “Vahid cüzdan” və internet-mağazalar və xidmətlər üçün odənişləri qəbul edən “Vahid kassa”. Wallet One xidmətinin 15 ölkədə beynəlxalq partnyorları var.
Siz Wallet-nizi vebsayt (www.walletone.com) vasitəsilə və ya iOS, Android, Windows platformaları üçün hüsusi hazırlanmış rahat mobil proqram (application) vasitəsilə idarə edə bilərsiniz.
IOS üçün: http://apple.co/2gaGePI
Android üçün: http://bit.ly/2gaGRbW
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
40 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























