Unibank loqo və sloqanını dəyişdi
Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur.
Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır.
Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq.
Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində logo və sloqanını dəyişib.
Bankın logosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə “Unibank- Sənin Bankın” seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.
Yeni inkişaf mərhələsi “Unibank”ın fəaliyyətində nəyi dəyişəcək?
“Unibank”ın yeni bazar mövqeləndirməsi, yeni inkişaf mərhələsi müştəri məmnunluğunu əsas prioritet olaraq götürür:
–Sənin vaxtın dəyərlidir
-Sənin istəklərin əhəmiyyətlidir
-Sənin ehtiyacların vacibdir
-Sənin rahatlığın əsasdır
Hər şey müştərilərin rahatlığına uyğun dəyişir. “Hər kəsin bankı”ndan “Sənin bankın”a keçid müştəriyə doğru atılmış daha bir addımdır ( https://youtu.be/OhNyqv6mrCo).
Müştərinin məmnunluğu, müştərinin ehtiyacları və istəkləri istiqamətində yenilənən Unibank, məhsul və xidmətlərini də müştərinin rahatlığına və tələbatına uyğunlaşdırmağa başlayır. Bankın filialları və digər xidmət məntəqələrinin də yeni konseptə uyğunlaşdırılmasına artıq başlanılıb.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 39 d. əvvəl
-
46 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib





















