Tesla sahibinin bir açıqlaması kriptovalyuta bazarını çökdürdü
Elon Maskın Tvitindən sonra bazarın həcmi 365 milyard dollar kiçilib.Qiymət dəyişikliklərinə ən həssas sahələrdən biri olan kriptovalyuta bazarında növbəti böyük eniş yaşanıb.
Marja xəbər verir ki, dünən axşam saatlarında Tesla şirkətinin rəhbəri Elon Mask Tvitter hesabında açıqlama yayaraq, elektrikli avtomobillərin alqı-satqısında Bitcoindən istifadəni dayandırdıqlarını bildirib: “Biz Bitcoinin mayninqi və sövdələşmələrində bir çox enerji növlərindən, xüsusilə istənilən yanacaq növündən daha pis ekoloji emissiyalara malik kömürdən intensiv şəkildə istifadə olunmasından narahatıq. Kriptovalyuta bir çox səviyyələrdə yaxşı ideyadır və biz onun vədedici gələcəyinə inanırıq, lakin bu, ətraf mühit üçün böyük xərclər hesabına baş verə bilməz. Tesla heç bir Bitcoin satmayacaqdır və biz ondan yalnız mayninq fəaliyyətləri daha dayanıqlı enerjiyə keçid etdikdən sonra istifadə etmək niyyətindəyik”.
Açıqlamanın ardından birjalarda kriptovalyutalar üçün əsl “cəhənnəm” yaşanıb: Coinmarketcap.com-un məlumatına görə, Sinqapur vaxtı ilə bugün səhər saat 6-da 2,43 trilyon dollar təşkil edən bazar dəyəri 8:45-də artıq 365,8 milyard dollar kiçilərək, 2,06 trilyona düşüb. Sonradan qiymətlər nisbətən sabitləşsə, də ən azı 165 milyard dolların itirildiyi şübhəsizdir. Bitcoin 12% ucuzlaşaraq, aprelin 24-dən etibarən ilk dəfə 50 min dolların altına düşüb. Ether və XRP kimi digər kriptovalyutalar da sürətlə ucuzlaşıb.
Bitcoin adi valyutalar kimi tək bir mərkəzi bank tərəfindən buraxılmır. “Maynerlər” adlanan şəbəkə tərəfindən saxlanılan Bitcoinin yaradılması və tranzaksiyaların baş tutması üçün mürəkkəb riyazi əməliyyatlar həyata keçirən xüsusi qurulmuş superkompüterlər tələb olunur. Bu qurğular həddən artıq iri həcmdə enerji sərf edir və Digiconomistin məlumatına görə Bitcoin sənayesi bir ildə Niderlandın sərf etdiyi enerjidən daha çox istehlak edir. İllik karbon emissiyalarının həcmi isə 37 meqatondur ki, bu göstərici ilə Yeni Zelandiya ilə müqayisə oluna bilər.
Xatırladaq ki, ötən il Square və Tesla kimi şirkətlər Bitcoin almaqda maraqlı olduqlarını açıqladıqdan sonra bu kriptovalyuta sürətlə dəyər qazandı və son 12 ay ərzində 400% bahalaşdı. Goldman Sachs və Morgan Stanley kimi Wall Street-in iri bankları da zəngin müştərilərinə Bitcoin təklif edirdilər. Bu ilin fevralında isə Tesla hökumət orqanlarına təqdim etdiyi sənəddə 1,5 milyard dollar dəyərində Bitcoin satın aldığını və ödəniş vasitəsi kimi istifadə edəcəyini bildirmişdi. Maskın hazırkı açıqlaması kriptovalyuta bazarı üçün ciddi siqnaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
11 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















