Ümumdünya Səhiyyə Təşkilatı Çin peyvəndinin təcili istifadəsini təsdiq etdi
"Sinopharm", Ümumdünya Səhiyyə Təşkilatından təsdiq alan Qərbdə olmayan bir ölkənin hazırladığı ilk Covid-19 peyvəndi oldu. Azərbaycanda da istifadə edilən Çinin "Sinovac" şirkətinin "Coronavac" vaksini və Rusiyanın "Sputnik V" vaksini hələ təsdiq gözləməkdədir.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin inkişaf etdirdiyi "Sinopharm" peyvəndinin təcili istifadəsini təsdiq edib.
Marja xəbər verir ki, ÜST-ün Direktoru Tedros Adhanom Ghebreyesus, "Sinopharm" peyvəndinin "təhlükəsizlik, təsir və keyfiyyət" baxımından ÜST-ün təcili istifadə təsdiqini alan 6-ıncı Kovid-19 peyvəndi olduğunu söyləyib.
Ghebreyesus, bu təsdiqin, Kovid-19 Peyvənd Proqramının (COVAX) peyvənd siyahısını genişlətdiyini, ölkələrə, özlərinin təcili istifadə təsdiqi ilə bu peyvəndi idxal edib tətbiqi üçün güvən verdiyini vurğulayıb.
"Sinopharm" peyvəndinin yaşı 18 və yüksək olanlar üçün iki doza şəkilində tətbiq olunması tövsiyə edilir.
Təşkilat, ilk olaraq 31 dekabrda "Pfizer-BioNTech"in istehsal etdiyi Kovid-19 peyvəndinin təcili istifadəsinə təsdiq vermişdi.
ÜTT, daha sonra "Oxford-AstraZeneca" peyvəndinə, "AstraZeneca"nın peyvənd istehsalçısı Hindistan İnstitutunun (SII) peyvəndinə, "Moderna" və "Johnson & Johnson"un əczaçılıq şirkəti "Janssen" şirkətinin istehsal etdiyi peyvəndə təcili istifadə təsdiqi vermişdi.
Azərbaycanda da istifadə edilən "Sinovac"ın peyvəndi "Coronavac" və Rusiya peyvəndi "Sputnik V" hələ də ÜST-dən təsdiq gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
11 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















