Çip böhranını aşmaq üçün 3 trilyon dollarlıq sərmayə lazımdır
Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) ilə Boston Consulting Group-un hesabatı, gələcək 10 ildə yarmkeçiricilərə artan tələbin ödənilə bilinməsi üçün qlobal olaraq 3 trilyon dollarlıq sərmayə yatırılması lazım olacağını ortaya qoyub.
Marja xəbər verir ki, avtomobildə başlayaraq elektronika sektoruna sıçrayan qlobal çip tədarükü problemi gedərək böyüyür.
Dünyada inkişaf etmiş yarımkeçiriciləri TSMC, Samsung və İntel kimi şirkətlər istehsal edirlər. İntel, Avropada zavod qurub istehsala başlaması üçün rəsmi orqanlardan 10 milyard dollarlıq dəstək tələb edir.
Çiplərə tələbin qarşıdakı bir neçə il ərzində daha da artacağı gözlənilir. ABŞ-ın çip istehsalçısı İntelin Avropa ölkələrilə yeni zavod üçün bu yay razılaşacağı nəzərdə tutulur.
Cənubi Koreya və Tayvan da yarımkeçiricilər istehsalında öndədirlər. Çipə tələbin artması istehsalçı ölkələrdən biri olan Tayvanın ixracatında sürətli artım baş verməsinə səbəb olub. Ölkənin Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə Apreldə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 35 milyard dollar təşkil edib.
ƏN ÇOX TİCARƏT EDİLƏN 4-CÜ MƏHSUL
Çiplər, xam neft, benzin və avtomobillərin ardından dünyada ən çox ticarəti edilən 4-cü məhsuldur. Qlobal istehlakın 25%-ini reallaşdıran ABŞ və Çin bu sahədəki ən böyük bazarlar olaraq diqqəti çəkir.
Çip istehsalının təxminən 75%-i yüksək seysemik bir bölgə olan Çin və Şərq Asiyada həyata keçirilir. Bu bölgələrdə təbii fəlakət, infrastruktur çətinlikləri və ya qarşıdurmalar yaşanması halında çip tədarükündə ciddi fasilələr ola biləcəyi və qiymətlərin kəskin artacağı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















