Dünyanın ən böyük kuryerindən rekord nəticə - 23 milyard dollar!
Günlük 2 milyarda yaxın bağlama çatdıran şirkət 2021-ci ilə 8 milyard dollardan artıq mənfəət proqnozlaşdırır.Avropanın ən iri poçt xidməti, dünyanın isə birinci kuryer şirkəti olan, 250-dən artıq irifüzelyajlı yük təyyarəsi ilə ən iri aviaparklardan birinə malik Deutsche Post DHL 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, bütün parametrlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha üstün göstəricilər əldə edən şirkət beynəlxalq gəlirlərini 26% artıraraq, 18,9 milyard avroya (22,7 milyard dollara) çatdırıb. Əməliyyat mənfəəti 3 dəfə, xalis mənfəət 4 dəfəyə yaxın artıb.
Şirkətin investorlar üçün açıqlamasına əsasən, nəticələr belədir:
Səhm başına gəlir - 0,96 avro (2020 birinci rüb - 0,24 avro, artım - 300%)
Ümumi gəlirlər - 18,9 milyard avro (2020 birinci rüb - 15,5 milyard avro, artım - 22%)
o cümlədən beynəlxalq gəlirlər - 13,4 milyard avro (2020 birinci rüb - 10,6 milyard avro, artım - 26%)
Əməliyyat mənfəəti (EBIT) - 1,9 milyard avro (2020 birinci rüb - 592 milyon avro, artım - 223%)
Xalis mənfəət - 1,2 milyard avro (2020 birinci rüb - 301 milyon avro, artım - 295%)
Əməliyyat mənfəətinin sahələr üzrə bölgüsü:
DHL - 1,46 milyard avro (2020 birinci rüb - 577 milyon avro, artım - 153%)
o cümlədən DHL-in tərkibində:
Express - 961 milyon avro (2020 birinci rüb - 577 milyon avro, artım - 153%)
Beynəlxalq Göndərişlər və Yüklər - 216 milyon avro (2020 birinci rüb - 74 milyon avro, artım - 192%)
Təchizat Zənciri - 167 milyon avro (2020 birinci rüb - 105 milyon avro, artım - 59%)
Elektron ticarət xidmətləri - 117 milyon avro (2020 birinci rüb - 6 milyon avro, artım - 1850%)
Post&Parcel Germany - 556 milyon avro (2020 birinci rüb - 334 milyon avro, artım - 66,5%)
Qrup Funksiyaları/Konsolidasiya - 106 milyon avro zərər (2020 birinci rüb – 320 milyon avro zərər, azalma - 70%)
Şirkət 2021-ci il üzrə proqnozlarına dəyişiklik edərək, 6,7 milyard avro (8,05 milyard dollar) əməliyyat mənfəəti əldə edəcəyini bildirib. 2023-cü ildə isə bu rəqəmin 7 milyard avro təşkil edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat əvvəl
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
18 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 18 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















