Aktrisanın qurduğu şirkətdən yeni perfomans - 1,4 milyard dollar!
Hollywood gözəli indi də biznes dünyasını valeh etmək niyyətindədir.Hollywood ulduzu, aktrisa Jessica Albanın qurucularından olduğu uşaq məhsulları şirkəti Honest Company bugün ABŞ-ın Nasdaq birjasında ilk dəfə olaraq Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə (IPO) çıxır.
Marja xəbər verir ki, debütündə bir səhmə görə 14-17 dollar qiymət qoyan şirkət ümumilikdə 1,4 milyard dollar bazar dəyərinə çatmağı hədəfləyir.
“Qaranlıqlar Mələyi” serialı və “Fantastik Dördlük” kimi filmlərdəki oyunu, eləcə də digər rolları ilə məşhurlaşan Alba 2008-ci ildə anadan olan ilk övladı, qızı Honorun adından ilhamlanaraq, körpələr və uşaqlar üçün tərkibində qadağan edilmiş kimyəvi məhsullar və sintetik hissəciklər olmayan müxtəlif əşyalar və məhsullar istehsal edən şirkət qurmaq qərarına gəlir. Bunun üçün etibarlı tərəfdaşlar tapmaq uzun vaxt aparır və nəhayət 2011-ci ildə Brayan Li, Sean Keyn və Kristofer Gaviganla birlikdə Honest Company təsis edilir. 2012-ci ildə 17 məhsulla bazara girən şirkət növbəti il 50 milyon dollarlıq satış edir. 2013-cü ildə investorlardan 52 milyon dollar, 2014-cü ildə isə 70 milyon dollar cəlb edən şirkət 2014-cü ilin sonunda satış həcmlərini 170 milyon dollara çatdırır.
2015-ci ildə özəl maliyyələşmə raundunda növbəti 100 milyon dollar vəsait cəlb edən şirkətin bazar dəyəri ilk dəfə olaraq 1 milyard dolları ötür. 2017-ci ildə şirkət bir sıra məhsul skandalları ilə üzləşir: bəzi məhsulların qablaşdırmasının üzərindəki etiketlərlə arxa hissədə məhsulun tərkibi bölməsində yazılanlar uyğunsuzluq təşkil etdiyinə və müştəri şikayətlərinə görə Honest Company bir neçə məhkəmə prosesindən keçməli olur. Səhmlər 50%-dən artıq ucuzlaşaraq, bazar dəyəri 1 milyard dolların altına düşür.
2018-ci ildə özəl investisiya qrupu L Catterton şirkətin 37,1 faizlik hissəsini 200 milyon dollara alıb. Hazırkı IPO ilə Honest yenidən bazara geri qayıtmaq və bir daha özünü təsdiqləmək niyyətindədir. Həmçinin, ötən həftə Jessica Albanın Direktorlar Şurasının sədri vəzifəsindən istefa verməsi və Honest-in kreativ direktoru olaraq fəaliyyətini davam etdirməsi qərara alınıb.
Morgan Stanley, JPMorgan və Jefferies prosesdə şirkətin əsas menecerləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















