50 min manatadək satınalmalar yalnız portal vasitəsilə keçiriləcək
Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununda dəyişiklik edilir.
Dəyişikliklə elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun da elektronlaşması və açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsi planlaşdırlır.
Bundan başqa, daha bir dəyişikliklə portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə veriləcək (əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu).
Qanunun 51-ci maddəsinə (Satınalma müqaviləsinin qiyməti) edilən dəyişikliyə əsasən, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir.
Bu əsasən satınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir- birinə etdiyi rəsmi müraciətlərə 10 bank günü müddətində baxılır.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























