Twitter-in reklam gəliri investorları məyus edib
Twitterin ilk rüb maliyyə nəticələri və ikinci rübə dair proqnozları Wall Street analitiklərinin gözləntiləri ilə müqayisədə zəif qalıbTwitter Inc. şirkəti, 2021-ci ilin ilk rübü üzrə investorları məyus edən reklam satış gəliri açıqlayıb.
Marja Twitter-in yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin bu ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 1,04 milyard dollara yüksəlib. Şirkət, keçən ilin eyni dövründə 807,6 milyon dollar gəlir təmin etmişdi.
Şirkətin bu ilin ilk rübündə əldə etdiyi mənfəət isə 68 milyon dollar olub. Şirkət keçən ilin eyni dövründə 8,4 milyon dollarlıq zərər açıqlamışdı.
Şirkətin ilk rübdəki satış gəlirlərindəki 28%-lik artım, Facebook Inc. və Google kimi şirkətlərin rəqəmsal reklam gəlirlərindəki artım ilə müqayisədə aşağıdır.
Şirkətin açıqlamasına görə, ikinci rübdə satış gəlirinin 980 milyon dollar - 1,08 milyard dollar arasında reallaşacağı gözlənilir. Açıqlamanın ardından Twitter səhmləri 10%-dən çox ucuzlaşıb.
Twitterin bu ilin ilk rübündəki gündəlik orta hesabla aktiv istifadəçi sayı keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% artaraq 199 milyona çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
56 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























