Kapital Bankdan tikinti şirkətlərinə müjdə - 500 MİN MANATADƏK ARTIRILA BİLƏR
Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 000 manata kimi artırıla bilər.
Marja xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
Ramil İmamov qeyd edib ki, Kapital Bank bu sahədə görüləcək işlər sırasında həmçinin tikinti sektorunda fəaliyyət göstərən biznes subyektləri ilə əməkdaşlığı da genişləndirməyi planlaşdırır:
"Məlumat üçün qeyd edə bilərəm ki, mülkiyyət hüququnu təsdiq edən sənəd yəni, çıxarışı olan və eyni zamanda çıxarışı olmayan mənzil satan tikinti şirkətlərinin Kapital Bank-la əməkdaşlıq etməsi üçün cəlbedici fürsətlər mövcuddur. Hər kəsə məlumdur ki, tikinti sektorunda fəaliyyət göstərən biznes subyektlərinin təklif etdiyi mənzillərin daha tez satılmasının əsas amili kreditləşmədir. Belə ki, satışa çıxarılan mənzillərin tikinti şirkətinin daxili krediti hesabına deyil, ipoteka krediti hesabına tam dəyərinin ödənilməsi onlara nağd pul dövriyyəsinin axınını təmin edir. Bu da öz növbəsində həmin şirkətlərə yeni yatırım üçün likvid vəsait formalaşdırılmasını yaradaraq, tikinti prosesini sürətləndirmələrinə və bizneslərini genişləndirmələrinə imkan yaradır. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 000 manata kimi artırıla bilər. Qeyd etmək istərdim ki, hazırda bu yanaşma ilə 30-dan artıq tikinti şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb. Kapital Bank ipoteka istiqamətində də işi genişləndirməkdə maraqlıdır və tikinti şirkətləri ilə birgə əməkdaşlıq sayəsində müştərilərimizin mənzilə olan tələbatlarını ödəmək üçün sərfəli təkliflər təqdim ediləcək.
"BU KREDİTİ 10 İL DEYİL, 20 İL MÜDDƏTİNƏ ƏLDƏ EDƏ BİLƏRLƏR"
Ramil İmamov, "Əvvəlki illərdə olduğu kimi, bu ildə bankımız İpoteka və Kredit Zəmanət Fondu, həmçinin MİDA vəsaiti hesabına kreditləşməni davam etdirir və cari ilin 3 ayı üzrə 13 milyon manat vəsait müştərilərin mənzil ehtiyaclarının qarşılanmasına yönləndirilib", deyərək sözlərinə belə davam edib:
"İpoteka sahəsində qarşımıza qoyduğumuz əsas hədəflərdən biri daxili ipoteka məhsulu üzrə kreditləşmə həcmini 100 milyon manat səviyyəsinə çatdırmaqdır. Qeyd olunan məhsul növü üzrə satışın artırılması və kreditin müştərilər üçün daha əlçatan olması üçün məhsul şərtləri asanlaşdırılıb. Müştərilərimiz üçün sevindirici xəbər olaraq bildirək ki, yeni şərtlərə əsasən artıq onlar bu kredit növünü 10 il deyil, 20 il müddətinədək əldə edə bilərlər. Müddətin artması müştərilərə daha az aylıq ödəniş etməklə, daha böyük məbləğdə kredit əldə etməyə imkanı yaradır. Daxili İpoteka məhsulundan həm rəsmi iş yeri olan şəxslər, həm də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar yararlana bilərlər. Müştərilərimizin bir daha nəzərinə çatdırmaq istərdim ki, daxili ipoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, illik faiz dərəcəsi isə 10%-dən başlayaraq müəyyən olunur.
"KUPÇASI" OLMAYAN MƏNZİLLƏRİ DƏ İPOTEKA İLƏ ALMAQ OLAR
Daha bir mühüm yenilik ondan ibarətdir ki, artıq çıxarış sənədi olmayan mənzilləri də bankın daxili ipoteka məhsulu vasitəsilə əldə etmək mümkündür:
"Yeni şərtlərə əsasən müştərilər özlərinin və yaxud birinci dərəcəli qohumlarının mülklərini (mənzil, obyekt, qeyri-yaşayış sahəsi və s.) təminat qismində girov qoymaqla, çıxarış sənədi olmayan mənzili daxili ipoteka krediti vasitəsilə əldə edə bilərlər. Bir məlumatı da bildirim ki, daxili ipoteka məhsulu üçün müraciət edən müştərilərin əlavə vaxt itkisinin qarşısını almaq üçün əmlakın qiymətləndirilməsi, sığortalanma və digər proseslərin bank daxilində həyata keçirilməsi və kreditin sürətli şəkildə rəsmiləşdirilməsi üçün əlverişli şərait yaradılıb. Artan ipoteka kreditləşməsi tələbatını ödəmək və müştərilərə operativ xidmət göstərmək məqsədilə Kapital Bank tərəfindən ipoteka krediti verən xidmət nöqtələrinin sayı artırılaraq, regionlar üzrə 52, Naxçıvan Muxtar Respublikası üzrə 1, Bakı şəhəri üzrə 6, ümumilikdə isə 59 filiala çatdırılıb. Gələcəkdə yarana biləcək əlavə ehtiyacların ödənilməsi üçün bu sayın daha da artırılması planlaşdırılır".
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 45 d. əvvəl
-
45 d. əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
46 d. əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 49 d. əvvəl
-
55 d. əvvəl
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
Ən çox oxunanlar
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"
"Dövlət xətti ilə 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə 3 milyard manatdan çox olacaq"
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)








