Koreyada son 4 ilin ən böyük IPO-su - 2 milyard dollar...
Elektromobilllər üçün batereya istehsalçısı qazandığı pulu Polşa və Çinə yatıracaq.Cənubi Koreyanın elektrikli avtomobillər üçün batareya istehsalçısı SK Innovation-un bölməsi SK IE Technology ölkənin son 4 ildəki ən böyük Səhmlərin İlkin Kütləvi yerləşdirilməsində (İPO) 2,25 trilyon Von (2 milyard dollar) vəsait cəlb edə bilib.
Marja səhm birjalarına əsasən xəbər verir ki, şirkət bir səhmə görə 105,000 Von ilkin qiymət müəyyənləşdirsə də, investorların qlobal elektromobil bazarına artan sürətli marağının təzahürü olaraq tələb təklifi 1880 dəfədən çox üstələyib.
Bu IPO 2017-ci ildə 2,4 milyard dollar vəsait cəlb edən mobil oyun proqramçısı Netmarble-nin nəticələrindən sonra ikinci ən böyük göstəricidir.
SK IE Technology daxil olan vəsaitləri artan qlobal tələbatı ödəmək üçün Polşa və Çindəki elektromobil batereyaları müəssisələrinin istehsal gücünü artırmağa yönəldəcək. Şirkət hələ ötən ay 1,1 trilyon Vonluq (989 milyon dollarlıq) maliyyə planını açıqlayaraq, Polşada istehsal gücün 2024-cü ilə qədər ikiqat artıracağını və bu məqsədlə yeni zavodlar inşa edəcəyini bildirmişdi.
Ötən ay ana şirkət SK Innovations digər Koreya nəhəngi LG Energy Solution-un ona qarşı irəli sürdüyü sensor texnologiyalarının oğurlanması ilə əlaqədar məhkəmə iddiasını danışıqlar yolu ilə həll etmək qərarına gəlmiş və LG-nin ABŞ filialına 1,8 milyard dollar ödəməyə razılaşmışdı. 2020-ci ilin yekunlarına əsasən şirkətin satışları 468 milyard Von (421,2 milyon dollar), əməliyyat mənfəəti isə 125 milyard Von (112,4 milyon dollar) təşkil edib.
Bu il Cənubi Koreya şirkətləri üçün IPO-lar baxımından rekord dövrdür. Yaponiyanın Soft Bankının dəstəklədiyi elektron ticarət qrupu Coupang mart ayında Nyu-York birjasındakı debütündə 3,5 milyard dollar cəlb edib. Hazırda 18 trilyon Von (16,2 milyard dollar) həcmində dəyərləndirilən Kakao Bank və onun ödəniş platforması Kakao Pay, eləcə də oyun proqramçısı Krafton və texnologiya sektorunun təmsilçisi LG Energy Solution da tezliklə birjalara çıxmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























