Bu həftə Mərkəzi Bank 2021-in 3-cü faiz qərarını açıqlayacaq
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il aprel ayının 30-da (cümə günü) ictimaiyyətə açıqlanacaqdır.
Marja xəbər verir ki, bir əvvəlki yığıncaqda - 19 Mart 2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdı. Qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilmişdi.
Mərkəzi Bankın İdarə Heyəti 29 Yanvar 2021-ci il tarixində keçirilmiş iclasında da uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmiş, faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdı.
Mərkəzi Bankın İdarə Heyəti aprel ayının 30-da da uçot dərəcəsini sabit saxlaya bilər.
Neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, məzənnə sabitliyi inflyasiya üçün stabilləşdirici amillər olsa da, iqtisadi artımın bərpası və dünya ərzaq qiymətlərinin yüksəlməsi inflyasiyanı yüksəldə bilər. Eyni zamanda, qarşıda mövsümi amillərin inflyasiyaya azaldıcı təsir edəcəyi də gözlənilir. Hazırda inflyasiya üzrə risk amilləri arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyi üçün Mərkəzi Bank bu yığıncağında da gözələmə mövqeyində qala bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)





