Qlobal çip bazarına bədbin proqnoz - 2022.....
Ən böyük çip istehsalçısı vəziyyətin tezliklə düzələcəyinə inanmır.Dünyanın ən iri çip istehsalçısı olan Tayvanın Yarımkeçiricilər İstehsalı Zavodu (Taiwan Semiconductor Manufacturing Co Ltd - TSMC) bugünkü açıqlamasında artan qlobal tələbatı ödəmək üçün istehsal gücünü artırdığını, lakin təchizat zəncirindəki problemlər səbəbindən çip çatışmazlığının gələn ilə qədər davam edəcəyini bildirib.
Marja xəbər verir ki, ən böyük qlobal müştəriləri sırasında Apple, Qualcomm, Xiaomi, MediTek və bir sıra avtomobil nəhənglərinin olduğu TSMC bugün birinci rübün nəticələrinə dair onlayn brifinqdə gəlirlərinin 25,4% artaraq 13 milyard dollara, xalis mənfəətinin isə 19,4% yüksələrək 4,9 milyard dollara çatdığını bildirib.
“Biz yeni torpaq sahələri və avadanlıq almışıq, yeni istehsal xətlərinin inşasına başlamışıq. Qlobal tələbatı qarşılamaq üçün minlərlə yeni işçi cəlb edirik və istehsal gücümüzü çoxsaylı müəssisələrdə artırırıq” - baş direktor G.G. Vei bugünkü tədbirdə qeyd edib.
Əsas rəqiblərindən biri, ABŞ-ın Intel Korporasiyasının ötən həftələrdə çip istehsal həcmini artırmaq üçün 20 milyard dollar vəsait sərf edəcəyini açıqlaması Tayvan şirkətini də hərəkət keçirib. TSMC növbəti 3 il ərzində istehsal həcmini maksimuma çatdırmaq üçün 100 milyard dollara qədər investisiya ayırmaq niyyətində olduğunu bildirib. Şirkət təkcə bu il təkmilləşmiş çiplərin inkişafına və işlənib hazırlanmasına 30 milyard dollar (əvvəlki proqnoz - 25 milyard dollar) yatıracağını bəyan edib.
TSMC-nin səhmləri bu ilin əvvəlindən 16%, ötən ilə nisbətən isə ikiqat artaraq, şirkətin bazar dəyərini rekord həddə - 558 milyard dollara çatdırıb. Bu rəqəm digər texnologiya ustası Intelin ümumi bazar dəyərindən 2 dəfə çoxdur, hətta Cənubi Koreya nəhəngi Samsungu da üstələyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
49 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























