Neft ABŞ-dan gələn xəbər ilə kəskin bahalaşdı
ABŞ-da neft ehtiyatlarına dair bu gün verilən rəsmi açıqlamadan sonra neft qiymətləri xeyli artıb.
Bakı vaxtı ilə saat 20:55-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyun fyuçersləri 4,6 faiz bahalaşaraq 66,62 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 4,25 faiz bahalaşaraq 62,74 dollardan satılıb. Halbuki açıqlamaya qədər qiymət artımı 2 faizdən artıq olub.
Xatırladaq ki, açıqlamaya əsasən, ABŞ-da ötən həftə neft ehtiyatları 5,9 milyon barel azalaraq 492,4 milyon barelədək geriləyib. Halbuki ekspertlər 2,9 milyon barel azalma gözləyirdilər. Benzin ehtiyatları 0,8 milyon barellik proqnoza qarşı 0,3 milyon barel, distilat ehtiyatları da 907 min barel artım proqnozuna qarşı 2,1 milyon barel azalıb.
Qeyd edək ki, neftə gündəlik tələbatın 5,7 milyon barel artacağına dair Beynəlxalq Enerji Agentliyinin (IEA) bu yaxınlarda dərc edilmiş hesabatından sonra ABŞ-da neft ehtiyatlarına dair açıqlama bazarda xeyli nikbin ovqat yaradıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















