"Alibaba" şirkəti inhisarçılığa yol verdiyinə görə 2,8 milyard dollar cərimələnib
Çinin bazarlara nəzarət üzrə dövlət agentliyi “Alibaba” şirkətini antiinhisarçılıq qanunlarını pozduğu üçün 18,22 milyard yuan (2,78 milyard dollar) cərimələyib.
TASS xəbər verir ki, bu barədə açıqlama tənzimləyicinin saytında dərc olunub.
“İnhisarçılıqla bağlı qanunun pozulması ilə əlaqədar “Alibaba”nın cərimələnməsinə qərar verilib. Şirkət milli qanunları pozmağı dayandırmalıdır, cərimənin məbləği 2019-cu ildə şirkətin Çin ərazisindəki 455,71 milyard yuanlıq (69,67 milyard dollar) satışının 4%-i olacaq. Belə olan halda, “Alibaba” 18,22 milyard yuan (2,78 milyard dollar) ödəməlidir”, - deyə məlumatda bildirilib.
Sənədə əsasən, istintaq təsdiqləyib ki, “Alibaba” şirkəti istehlakçıları öz xidmətlərindən “seçim hüququ olmadan” istifadəyə məcbur etmək siyasəti yürüdüb: “Bu, Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir edib”.
Sənəddə qeyd olunur ki, cərimə ilə bağlı qərar “real faktlar və mövcud dəlillər əsasında verilib” və “istehlakçıların qanuni hüquqlarını təmin edəcək”.
İnternet nəhəngi “Alibaba” şirkətinin rəhbərliyi dövlət agentliyinin bu qərarını doğru addım adlandırıb. Şirkət tərəfindən yayılmış açıqlamada qeyd olunub ki: “Çin Xalq Respublikasının bazarlara nəzarət üzrə dövlət agentliyindən cərimə tətbiqi barədə bildiriş aldıq və bu qərarı səmimi şəkildə qəbul edirik, biz qəti olaraq ona əməl edəcəyik. Biz yenilik və inkişaf yolunu tutacağıq, cəmiyyət qarşısında daha məsuliyyətli olacağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















