İtaliyanın Baş naziri Ərdoğana "diktator" dedi; İtalyanın səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
İtaliyanın Baş naziri Mario Draghi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqədar bir suala cavab verərkən "diktator" ifadəsini istifadə edib.
Marja xəbər verir ki, İtalyanın Türkiyədəki səfiri Massimo Gaiani Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, "Draghinin Prezidentimiz haqqındakı çirkin və həddsiz ifadələrini kəskin qınayır, özünə qaytarırıq" deyib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Twitter hesabından etdiyi paylaşmasında, "İtalyanın çarəsizlikdən baş nazir etdiyi şəxsin Türkiyəyə və Prezidentimizə istiqamətli çirkin sözlərini rədd edir və özünə qaytarırıq. Naşı və səviyyəsiz siyasətçi ölkəsinin kürəyində ağır və talehsiz bir yükdür" yazıb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr rəhbəri Fahrettin Altun sosial media hesabından İtalyanca etdiyi paylaşmada bunları qeyd edib:
"İtalyanın təyin edilmiş Baş naziri, Türkiyə əhalisinin 52% səs nisbətilə Prezident seçdiyi hörmətli Rəcəb Tayyib Ərdoğana "diktator" deyərək həddini aşmışdır. Diplomatiyada yeri olmayan bu üslubu şiddətlə qınayırıq. Diktator axtaran İtaliya tarixinə baxsın".
Mario Draghi dünən Romada təşkil etdiyi mətbuat konfransında, Avropa Birliyi (AB) liderlərinin Türkiyə ziyarəti əsnasında yaşanan protokol müzakirələrilə əlaqədar bir sualı da cavablandırıb.
Draghi, Avropa Komissiyasının sədri Ursula von der Leyen Ankarada Prezident Ərdoğan ilə görüşündə ayaqda qaldığı görüntülər ilə əlaqədar olaraq bunları söyləyib:
"Türkiyə Prezidenti Ərdoğanın davranış şəklini qatılmıram, uyğun olmadığını düşünürəm. Komissiya sədri Ursula von der Leyenin məruz qaldığı alçaltma məni çox məyus etdi. Lakin burada üzərində dayanmamız lazım olan bir şey var: adını qoyaq, bu "diktator" deyə biləcəyimiz şəxslərə ehtiyacımız da var. Fikir, davranış və cəmiyyət vizionu baxımından fərqliliklərimizi dilə gətirməkdə açıq olmalıyıq, amma ölkəmizin mənfəətləri üçün əməkdaşlığa da hazır olmalıyıq. Doğru tarazlığı tapmalıyıq."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?





















