ADİF Elektron auksion portalı yaratmağı planlaşdırır
Əmanətlərin Sığortalanması Fondu elektron auksion portalı yaratmağı planlaşdırır
"Əsas hədəfi ləğvedicisi olduğu bankların ləğv prosesini daha effektiv və səmərəli başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondunun funksiyalarından biri də, sözügedən bankların ləğv prosesini sürətləndirmək və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədilə aktivlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada satışını həyata keçirməkdir. Məhz bu səbəbdən müasir standartlara uyğun, qabaqcıl təcrübəyə əsaslanan və daha səmərəli şəkildə satışları təmin etmək məqsədilə qlobal təcrübə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, qabaqcıl ölkələr tərəfindən istifadə olunan fərqli strategiyalardan bizim üçün ən şəffaf və uyğun olanı hərrac mexanizmidir".
Marja xəbər verir ki. bu, Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda deyilri.
Qeyd edilib ki, hərracların keçirilmə formatları fərqlənir və hazırda daha ixtisaslaşmış informasiya texnologiyalarının inkişafını nəzərə alaraq, o cümlədən bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası fonunda elan edilmiş karantin rejiminin tətbiqi elektron ticarətə üstünlük verilməsini zəruri etmişdir. Zamanın tələbinə uyğun olaraq ƏSF sözügedən hərracları elektron platformada həyata keçirilməyi planlaşdırır. Fond yeni yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərini qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan baxımından rahatlığını təmin edəcəkdir.
"Əlavə olaraq bildirmək istərdik ki, banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə 29 dekabr 2006-cı il tarixdə “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 12 avqust 2007-ci ilin tarixdən isə fəaliyyətə başlamışdır. Bank fəaləyyətinin həyata keçirilməsi üçün verilmiş lisensiyası ləğv edilmiş, məhkəmə qərarı ilə müflis elan edilmiş və haqqında iflas prosesinə başlanmış banklar müxtəlif dövrlərdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsinə verilmişdir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 15 d. əvvəl
-
35 d. əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
41 d. əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
-
44 d. əvvəl
Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
-
1 saat əvvəl
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
Ən çox oxunanlar

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb

İlon Maskın sərvəti 500 milyard dolları görüb

Azərbaycan neftinin son qiyməti

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı

AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
