Sürətlə məşhurlaşan proqramdan yeni hədəflər - 4 milyard dollar
Sürətlə məşhurlaşan yeni audio tətbiqi proqramı Clubhouse investorlardan iri maliyyə vəsaitləri cəlb etməyə hazırlaşır.Cəmi bir il öncə - 2020-ci ildə Alpha Exploration Co. şirkətinin rəhbərləri Paul Davison və Rohan Set tərəfindən Iphone markalı smartfonlar üçün yaradılmış audio çat sistemi Clubhouse növbəti həftələrdə investorlardan yeni maliyyə vəsaitləri cəlb etməyə hazırlaşır.
Marja Bloombergə istinadla xəbər verir ki, hələlik vəsaitin həcmi və investisiya şərtləri barədə geniş açıqlama verilməyib. Bununla belə, şirkətə yaxın şəxslər bu dəfə Clubhouse-un yanvar ayındakı 1 milyard dollarlıq bazar dəyərləndirməsini 4 qatına çıxarmaq niyyətində olduqlarını bildirirlər.
Clubhose 5000 nəfərə qədər şəxs üçün qrup şəklində audio çat və müzakirə platforması təqdim edir. Ötən ilin mayında ilkin bazar dəyəri 100 milyon dollar təşkil edən tətbiq qısa müddətdə pandemiyanın da təsiri ilə virtual xidmətlər bazarında öz yerini tuta bilib. Müxtəlif ölkələrdən olan Iphone istifadəçilərinin məşhur şəxslər, Hollywood ulduzları və ya Facebook rəhbəri Mark Zukerberq və Teslanın texnokralı Elon Mask kimi insanlarla eyni virtual məkanda müzakirə imkanı bu proqramı daha da məşhurlaşdırıb.
Ötən ilin dekabrında qeydiyyatdan keçmiş istifadəçi sayı 600 min nəfərə çatan Clubhouse-u bir il ərzində13 milyondan artıq şəxs öz telefonuna yükləyib. Hazırda həftəlik istifadəçi sayı 10 milyon nəfəri keçir. İlin əvvəlində App Store-un Yaponiya bazarında ən çox yüklənən pulsuz tətbiqetmə olan Clubhouse daha çox böyümək üçün Netflix-in keçmiş rəsmilərindən Maya Vatsonu özünün Qlobal Marketinq Direktoru təyin edib.
Clubhouse-un qısa müddətdə qazandığı uğur ənənəvi bazar iştirakçılarını da hərəkətə keçirib. Twitter “Spaces” adlı bənzər xidməti istifadəyə verib. 250 milyon istifadəçiyə malik qlobal mesajlaşma və paylaşım sistemi Discord da həmçinin “Stage Channels” adlanan funksiya təqdim edib. Digər mesaj və xəbər xidməti Telegram ötən ilin dekabrında “Voice Chats”-ı işə salıb və bu il dinləyicilərin sayına qoyulan məhdudiyyəti götürüb. LinkedIn və Facebook da oxşar xüsusiyyətləri öz sistemlərinə əlavə etmək üzərində işləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)





