İri bankda istefalar - iki yüksək vəzifəli rəhbər işdən gedir
Səbəb bu ilin əvvəlindən baş verən Greensill Capital və Archegos olaylarıdır.İsveçrənin ikinci ən böyük maliyyə konqlomeratı və Avropanın ən böyük banklarından biri Credit Suisse bankının iki yüksək vəzifəli rəsmisi - baş risk və komplayens direktoru Lara Warner və investisiya bankçılığı departamentinin müdiri Brayan Chin milyard dollarlıq itkilərdən sonra bankla yollarını ayırmaq qərarına gəlib.
Marja xəbər verir ki, bankın bugün məsələ barədə və ən böyük müştərilərindən olan Archegosun çöküşü ilə əlaqədar məruz qaldığı itkiləri haqqında açıqlama verməsi gözlənilir.
İlkin hesablamalar Koreyalı milyarder Bill Hvanqın qurduğu Archegos-un qəfil tənəzzülü nəticəsində onun əsas brokeri və borcverəni qismində çıxış edən Credit Suisse-nin 4 milyard dollar ziyana düşdüyünü qeyd edir. Greensill Capital-la bağlı baş verən böhranda isə bankın müştəriləri təxminən 3 milyard dollar itirib. Marja hər iki hadisə barəsində ətraflı xəbər vermişdi.
1856-cı ildə qurulan qocaman Credit Suisse bankı investisiya bankçılığı və maliyyə xidmətləri sahəsində liderlərdən biridir. 2020-ci ilin sonuna bankın toplam aktivləri 893 milyard İsveçrə frankı (952 milyard dollar), xalis gəliri 2,85 milyard frank (3 milyard dollar) təşkil edib.
HƏMÇİNİN OXU:
1. Artıq tamah baş yarar - Greensill Capitalın çöküşü buna ən yaxşı sübutdur
2. Qlobal birja və bank sektorunda Archegos silkələnməsi - kim uduzdu, kim uddu?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















