“Baku Bakery”dən şikayət var
“Bakı şəhər sakini paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 547-ci məhəllədə yerləşən “Baku Bakery” un məmulatlarının satışı mağazasında istifadə müddəti bitən məhsulların satışı həyata keçirilir”.
Bu barədə şikayət məktubunda bildirilib.
Şikayətçi Vüqar Ağamalıyev qeyd edir ki, daimi olaraq adıçəkilən mağazadan son hadisəyə qədər evə dair un məmulatları alırmış:
“Bir dəfə oğlum həmin mağazadan almış olduğu un məmulatlarından hazırlanan məhsuldan zəhərlənib. Bu hal onu göstərir ki, həmin mağaza məhsulların düzgün saxlanılması və qorunması qaydalarına riayər etmir və istifadə müddəti bitən məhsulların satışını həyata keçirir”.
“Bundan başqa, COVID-19 ölkədə tüğyan etdiyi vaxtda gigyena qaydalarının mütləq qaydada riayət edilməli olduğu vaxtda həmin mağazada siçovulların sərbəst şəkildə un məmulatlarının üstündə hərəkət etməsini görmüşəm və bunun aradan qaldırılmasını mağaza sahibindən dəfələrcə xahiş etməyimə baxmayaraq mağaza sahibi bu halların aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməyib, nəticədə belə hal mobil telefonum vasitəsilə çəkilişini apararaq mağaz barəsində şikayət etmək qərarına gəlmişəm”- deyə məlumatda bildirilir.
Şikayətçi iddiası ilə əlaqədar Azad İstehlakçılar Birliyinə məktub ünvanlayıb.
Məsələ ilə bağlı “Baku Bakery” un məmulatlarının satışı mağazası ilə əlaqə saxlanıb. Mağazadan bildirilib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir:
“Biz kiminsə hər hansı iddiasına cavab verən deyilik. Şikayətçi olan şəxs aidiyyəti üzrə müraciət edə bilər. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları və digər qurumlara şikayətini bildirə bilər. Həmin qurumlar da şikayət əsasında məsələni araşdıra bilərlər”.
AQTA-dan bildirilib ki, məsələ barədə Agentliyə məlumat daxil olub: “Vətəndaşın şikayəti AQTA tərəfindən qeydə alınıb, araşdırmalara başlanılıb”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 46 d. əvvəl
-
49 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb







.jpg)













.jpg)




