Banklar bu borcunu ödəyir, amma məbləği çox azalmır
21 Fevral 2015-ci il tarixindəki ilk devalvasiyadan əvvəl 4 milyard 935,6 milyon manat xarici öhdəliklərə malik olan banklar, bu ilin Mart ayının sonunda 7 milyard 310,9 milyon manat xarici öhdəliklərə malik olublar.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu ilin Yanvar ayının sonunda Dollar Manat qarşısında 1.90 manat civarına yüksələndə bankların xarici öhdəlikləri də 8 milyard 71,7 milyon manata qalxmışdı.
Ötən 2 ayda Manat Dollar qarşısında möhkəmlənməyə başladıqdan sonra bankların xarici öhdəlikləri də 760,8 milyon manat azalaraq 7 milyard 310,9 milyon manata geriləyib.
2016-cı ilin yanvar ayının sonunda bankların xarici öhdəlikləri 8 milyard 385,9 milyon manata qalxmışdı. Ötən ilin Oktyabr ayınadək xarici öhdəliklər 6 milyard 229 milyon manatadək azalmışdı. Lakin ötən ilin Oktyabr ayından başlayaraq bu ilin Fevral ayının əvvəlinədək Dolların Manat qarşısında bahalaşması xarici öhdəliklərin yenidən 8 milyard manatı keçməsilə nəticələnmişdi.
Qeyd edək ki, bankların xarici öhdəlikləri xarici valyutalardadır. Mərkəzi bank öhdəlikləri Manat ilə ifadədə göstərir.
Bankların xarici öhdəlikləri, mln.manat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
-
30 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)
















.jpg)

