Çin texnoloji şirkətlərinin səhmləri ucuzlaşır - ABŞ-ın yeni qanunu əsas təhlükədir
ABŞ-Çin iqtisadi müharibəsi texnologiya bazarına da ciddi təsir edib.İkiqat listinqdə (həm ABŞ, həm də Honkonq birjalarında) yerləşdirilən Çin texnologiya şirkətlərinin səhmləri ilə ticarət Honkonq birjasında bugün müvəqqəti olaraq dayandırılıb. Marja xəbər verir ki, əsas səbəb kimi Çin şirkətlərinin ABŞ birjalarının listinqlərindən çıxarılacağı təhlükəsidir.
Ötən gün ABŞ-ın Qiymətli kağızlar və Birjalar Komissiyası (SEC) hələ Tramp Administrasiyası dövründə Konqresdə təsdiqlənmiş yeni qanunun tətbiqinə başlayıb. “Xarici şirkətlərin hesabatlılığının təmin edilməsi” adlı qanun ABŞ birjalarında qeydiyyatdan keçmiş şirkətlərin bu qurumun təyin etdiyi auditor tərəfindən yoxlanmasını, həmçinin xarici ölkə rəsmilərinin və dövlət nümayəndələrinin belə şirkətlərin sahibi və ya səhmdarı olmadığını təsdiq edən müəyyən sənədlər təqdim olunmasını tələb edir.
Çin şirkətləri öz direktorlar şurasında təmsil olunan Kommunist Partiyası rəsmiləri barədə ətraflı məlumat təqdim etməlidir. Qaydaları pozan şirkətləri ABŞ birjalarından qovulmaq təhlükəsi gözləyir. Lakin onların dərdi bununla bitmir: Çinin özündə hökumət maliyyə sektorundan tutmuş e-ticarətə qədər müxtəlif sektorlarda yeni bazar tənzimlənməsi qaydaları qəbul edib və bütün şirkətlərdən bu çərçivədə fəaliyyət göstərməyi tələb edir. İlk belə ziyan görən Alibaba rəhbəri milyarder Cek Manın biznes imperiyası və ötən il baş tutacaq IPO-su ləğv olunan Ant Group olmuşdur.
Yeni qanunun tətbiqi texnologiya nəhənglərinin Honkonq birjasındakı səhmlərini də qəfil ucuzlaşdırıb: Alibaba 4%, Baidu 8%, JD.com 4%, NetEase təxminən 3%, Tencent isə 2% dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























