TikTok-un sahibi ByteDance ilə digər Çin nəhəngi Tencentin yeni “bazar oyunu”
Dava “yorğan davası” yox, 86 milyard dollarlıq videooyunlar bazarı davasıdır.Məşhur TikTok tətbiqetməsinin sahibi ByteDance Holdinq Çinin oyun studiyası və texnologiya şirkəti Moontoon-u 4 milyard dollara satın aldığını açıqlayıb.
Marja xəbər verir ki, bununla da ByteDance Çinin ən böyük video və mobil oyunlar şirkəti, nəhəng internet korporasiyası Tencenti qabaqlaya bilib. Bir neçə ay öncə Tencent də Moontoon-u satın almaq üçün təxminən eyni həcmdə qiymət təklifi etmişdi, lakin görünür ki, ByteDance Moontoon-u daha tez yola gətirə bilib.
Məşhur BangBang oyununun proqramçısı Moontoon 2014-cü ildə keçmiş Tencent əməkdaşı Vatson Xu Zhenhua tərəfindən yaradılıb. 1998-ci ildə qurulan Tencent Holdings Ltd isə hazırda qlobal video oyunlar bazarının lideridir və Çinin iki ən böyük video oyun yayımçısı: Huya və DouYu-nun əsas səhmdarıdır. 2018-ci ildə texnologiya nəhəngi 500 milyard dollar bazar dəyəri qazanaraq, bu limiti keçən ilk Asiya şirkəti kimi tarixə düşmüşdür. Tencent Çində Whatsapp-ın analoqu olan TencentQQ və WeChat-ın sahibidir. Şirkətin qlobal musiqi yayımçısı Tencent Music Entertainment-in aktiv 700 milyon istifadəçisi və 120 milyon ödənişli abunəçisi var.
Tencentin rəqibi ByteDance 2012-ci ildə Çjan İminq tərəfindən Kayman adalarında qurulub və 2020-ci ilin nəticələrinə əsasən 100 milyard dollar bazar dəyərinə çatıb. Şirkətin 2018-ci ildə istifadəyə verdiyi TikTok qlobal qısa video tətbiqetməsini ayda 700 milyon aktiv istifadəçi işlədir, onun Çin analoqu Douyin-in gündəlik baxış sayı 600 milyonu keçir.
İki nəhəngin - ByteDance və Tencentin bu amansız rəqabəti texnologiya və videooyun bazarına yaxın aylarda yeni sürprizlər vəd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















