Neft qiymətləri dəyişməyib
ABŞ-da neft bazalardakı ehtiyatlara dair göstəricilər açıqlanacaq.
Bazar ertəsi günü Nyu-Yorkda neftin qiyməti 0.5 faiz artdıqdan sonra dəyişməyib.
ABŞ-da Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 2 milyon barrel aşağı düşməsi gözlənilir.
"Marja"nın məlumatına görə, ötən həftə neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Noyabr ayında hasilatı azaltmaq barədə razılığa gəlməsindən əvvəlki səviyyələrə düşmüşdü.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Goldman Sachs Group Inc. və Citigroup Inc, neft bazarının balanslaşmaqda olduğunu və son ucuzlaşamanın əsas göstəricilərə əsaslanmadığını qeyd ediblər.
ABŞ-da hasilatın artmasına dair narahatlıqlar davam edir. Səudiyyə Ərəbistanı və Rusiya, istehsalın azaldılması müqaviləsini 2018-ci ilədək uzadılmasını dəstəkləyə biləcəklərinə işarə veriblər.
Analitiklər bildirirlər ki,əgər ABŞ-da hasilat artmağa davam etsə, neft qiymətləri üzərindəki təzyiq davam edəcək. OPEC qiymətlərdə davamlı bir yüksəliş görmək istəyirsə, istehsal azaldılması müqaviləsini uzadacaqdır.
Bakı vaxtı ilə saat, 09:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 46.47 dollardan alıcı tapıb, Brent nefti Londonda ICE Futures Europe birjasında ciddi dəyişməyərək bareli 49.41 dollarda qalıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























