"Gələn il MDB-də ən yüksək iqtisadi artım tempi Azərbaycanda olacaq"
"S&P Global Ratings"in ("S&P") beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2022-ci ildə MDB ölkələri arasında (Gürcüstan da daxil olmaqla) ÜDM-in ən yüksək artım tempi Azərbaycanda qeyd alınacaq.
Bu barədə "S&P"nin analitiklərinin hazırladığı yeni proqnozda deyilir.
Qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 2,1%, 2022-ci ildə isə 5,7% artacaq.
Digər ölkələrə gəldikdə, 2022-ci ildə Tacikistanda iqtisadiyyatın 5,1%, Özbəkistanda – 5,5%, Gürcüstanda – 4,5%, Ukraynada – 3%, Qazaxıstanda – 3,6%, Ermənistanda – 4,5%, Rusiyada – 2,7%, Belarusda isə 2% böyüyəcəyi proqnozlaşdırılır.
Agentliyin ekspertləri kəskin iqtisadi canlanmanı COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və vaksinasiyanın daha böyük miqyasa çatması ilə əlaqələndirir. Bundan əlavə, pandemiya dövründə digər regionlarla müqayisədə daha qısa məhdudiyyətlər tətbiq olduğuna görə, MDB regionu pandemiyadan daha az təsirlənib və nəticədə, pandemiyadan əvvəlki səviyyələrə qayıtması daha tez baş verəcək.
"S&P"nin mütəxəssisləri regiondakı əsas riskləri hazırda vaksinasiya prosesinin istənilən kimi getməməsinin və hökumətlər tərəfindən əhaliyə göstərilən yardımların lazım olandan tez və ya uzanmasını (dövlət borcunun artımı) dayandırılmasını hesab edir.
Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycanda ÜDM-in – 1,9%, BMT – 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. Faktiki göstəricilərə gəldikdə isə, 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








