Azərbaycan Mərkəzi Bankı da pulunu Dollarda saxlayır
"Valyuta ehtiyatlarının idarə olunması strategiyası və qaydalarına müvafiq olaraq Mərkəzi Bankın valyuta ehtiyatları cari fəaliyyəti təmin edən əməliyyat və yığım aləti olan investisiya tranşlarına bölünmüş, hər bir tranş təyinatına uyğun idarə edilmişdir. Bilavasitə Mərkəzi Bankın pul siyasətinin cari il ərzində dəstəklənməsinə xidmət edən əməliyyat tranşı xarici iqtisadi fəaliyyətin dominant valyutası olan ABŞ dollarında saxlanmışdır".
Marja bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
İnvestisiya gəliri əldə etmək məqsədinə xidmət edən investisiya tranşının isə 90% ABŞ dolları, 7% avro və 3% İngiltərə funt sterlinqində saxlanılması təmin edilmişdir. Nəticədə, hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 90%-ni ABŞ dolları, 5%-ni avro, 2%-ni İngiltərə funt sterlinqi və 3%-ni isə SDR (BVF-in xüsusi borclanma hüquqları) təşkil etmişdir.
Verilən məlumata görə, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Mərkəzi Bankın valyuta ehtiyatları xarici ölkələrin likvid və yüksək keyfiyyətli dövlət, kvazi-dövlət və korporativ borc öhdəliklərinə investisiya edilməklə idarə edilmişdir. İnvestisiya portfeli maliyyə alətləri və ölkələr üzrə geniş diversifikasiya olunmuş, qlobal makroiqtisadi mühitin, eləcə də xarici maliyyə bazarlarının təhlili xüsusi diqqət mərkəzində saxlanmışdır.
Daxili idarəetmə ilə yanaşı, Mərkəzi Bank 2020-ci ildə valyuta ehtiyatlarının idarə edilməsində xarici menecerlərlə əməkdaşlığı davam etdirmişdir. Xarici menecerlərin xidmətlərindən istifadə ilə investisiya portfellərinin səmərəliliyi daha da artırılmış, habelə qabaqcıl dünya təcrübəsinin daxili idarəetməyə ötürülməsi istiqamətində tədbirlər görülmüşdür.
2020-ci il ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 112 mln. ABŞ dolları və ya 1.8% artaraq dövrün sonuna 6.4 mlrd. ABŞ dolları təşkil etmişdir. 2020-ci ildə valyuta aktivlərinin idarə edilməsindən 93,65 mln. ABŞ dolları gəlir əldə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























