Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi 25 yanvar 2021-ci il tarixində ABŞ-ın “Uptime Institute” təşkilatının “Tier 3 Facility” sertifikatına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən MArja-ya daxil olmuş məlumata görə, sertifikatın alınması üçün keçirilən texniki sınaqlar zamanı Data Mərkəzin bütün kritik infrastruktur avadanlıqları və sistemlərinin dayanıqlılığı “Uptime Institute” mütəxəssisləri tərəfindən mərhələli şəkildə test olunub.
Qeyd edək ki, Bakıda yerləşən əsas Data Mərkəzindən sonra Yevlaxda ehtiyat Data Mərkəzinin tikintisinin məqsədi müştəri məlumatlarının qorunması, etibarlı və keyfiyyətli bulud xidmətlərinin rezervli şəkildə təmin olunmasıdır. Mərkəz “AzInTelecom” MMC ilə Ədliyyə Nazirliyinin Dünya Bankı tərəfindən maliyyələşdirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunub.
Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzinin bütün kritik infrastruktur sistem və avadanlıqları “1+1” prinsipi ilə inşa edilib. İnfrastrukturu alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemlərindən ibarətdir.
Ehtiyat Data Mərkəzinin mobil tipli layihələndirilməsinin əsas üstünlüklərindən biri də daşına bilmə xüsusiyyətinə malik olmasıdır. Bu da fövqəladə hallar zamanı məlumatlar saxlanılan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə, daha etibarlı əraziyə daşınmasına imkan verir.
Yevlaxda inşa olunan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını təmin edən İMS tipli stansiya sistemlərinin coğrafi rezervlənməsi də həyata keçirilir.
Xatırladaq ki, “AzInTelecom” MMC tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionunda “Tier 3”, informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000), biznesin davamlılığı üzrə idarəetmə sistemi standartı (ISO 22301) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk Data Mərkəzi əsasında “AZCLOUD” bulud xidmətləri göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş























