Ölkə ərazisindəki FAKTİKİ HAVA AÇIQLANDI
Fevralın 24-ü saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubadə 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay(Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 mm-dək olub.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 sm olub.
Şimal-qərb küləyinin sürəti Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.
Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)








.jpg)





