Yanvar ayında ölkə üzrə elektrik enerjisi istehsalı artıb
Energetika Nairliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2369,0 mln. kVt·st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında respublika üzrə elektrik enerjisinin istehsalı 21,2 mln. kVt·st artıb.
Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 7,1 mln. kVt·st artaraq 2260,0 mln. kVt·st, SES-lərdə 13,6 mln. kVt·st artaraq 78,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,6 mln. kVt·st artaraq 30,19 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 9,39 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 2,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2021-ci ilin yanvar ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2142,76 mln. kVt·ts (İES-lərdə 2071,3 mln. kVt·st, SES-lərdə 71,46 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 30,4 mln. kVt·st (İES-lərdə 22,0 mln. kVt·st, SES-lərdə 6,5 mln. kVt·st, Günəş ES-də 1,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,87 mln. kVt·st, Müstəqil Elektrik Stansiyaları üzrə isə 189,0 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin idxalı 11,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 mln. kVt·st artıb. İrandan 3,3 mln. kVt·st, Rusiyadan 7,7 mln. kVt·st, Gürcüstandan isə 0,004 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 61,6 mln. kVt·st artıb. İrana 3,4 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 7,2 mln. kVt·st, Gürcüstana isə 151,8 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)
