Sədərək Ticarət Mərkəzində faciəvi hadisə - 1 ÖLÜ, 1 YARALI+ Yenilənib
Sədərək Ticarət Mərkəzi bazar ərazisində baş verən ölüm hadisəsinə münasibət bildirib.
Qurumun İdarə Heyətindən verilən məlumatda bildirilir ki, baş verən hadisənin ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur:
"Ərazi olaraq hadisə "Sədərək" Ticarət Mərkəzinin sahəsində baş verib. Amma həmin ərazidəki dükan şəxsi sahibkara məxsusdur. Hadisənin baş verdiyi yük lifti isə qanunsuz quraşdırılıb. Sahibkar əgər öz mağazasında hansısa bir qaldırıcı qurğu, yük daşıyan vasitə quraşdırırsa, bunun üçün Fövqəaldə Hallar Nazirliyindən rəsmi icazə almalıdır. Sahibkar bu məqsədlə Fövqəladə Hallar Nazirliyinə müraciət edir, nazirliyin mütəxəssisləri əraziyə və qurğuya baxış keçirir, əgər qurğu standartlara cavab verirsə, həmin cihazın quraşdırılmasına icazə verilir.
Amma bu sahibkar həmin qurğunu kustar üsulla özü quraşdırdığı üçün heç bir aidiyyəti qurumdan icazə almayıb, qanunsuz hərəkətlərə yol verib. Nəticədə həmin qurğu ilə üçmərtəbəli mağazaya yük qaldırarkən tros qırılıb və bu da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib".
Mərkəzdən bildiriblər ki, hazırda faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb və günahkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı istintaq aparılır.
XXX
Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan Marja-ya daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)
