Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının Vitse-prezidenti SOCAR-AQŞ-də olmuşdur
İADC-nin Avropada Əməliyyatlar üzrə Regional Vitse-prezidenti cənab Jens Hoffmark SOCAR-AQŞ-nin dəvəti ilə aprel ayının 24-dən 28-nə kimi Bakıda rəsmi səfərdə olmuşdur.
SOCAR-AQŞ-də keçirilən görüşlərdə cənab Hoffmark Baş direktor Ramin İsayev ilə müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı ətraflı fikir mübadiləsi aparmış və müxtəlif təqdimatlarla tanış olmuşdur.
SOCAR-AQŞ-nin təşəbbüsü ilə aprel ayının 25-də Four Seasons Otel-də keçirilən İADC-nin Xəzər hövzəsi üzrə Komitəsinin fəaliyyətinin yenidən bərpa olunmasına həsr edilmiş konfransda iştirak edən cənab Jens Hoffmark İADC-nin missiyası, fəaliyyəti və regionlar üzrə Komitələrinin iş prinsipi haqqında ərtaflı məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzvü ətrafında birləşdirməklə sənayedə təhlükəsiz və səmərəli qazmanı təmin edən standartların tətbiqində tərəfdaşlara mütəmadi olaraq öz dəstəyini göstərməkdədir. Xəzər hövzəsi üzrə Komitənin fəaliyyətinin bərpa olunması istiqamətində qazma sənayesində tanınmış milli və regional şirkətləri, təhsil müəssisələrini və beyin mərkəzlərinin bir araya gətirilməsinin əhəmiyyətini qeyd edən cənab Hoffmark bu təşəbbüsün irəli sürülməsində və tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə SOCAR-AQŞ rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, konfransda milli və transmilli neft-qaz şirkətlərindən 120-yə yaxın nümayəndə iştirak etmişdir.
Cənab Hoffmark Azərbaycana səfər proqramı çərçivəsində aprel ayının 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olmuş və universitetin rektoru, professor Mustafa Babanlı ilə universitetin tarixi, təhsil siyasəti və gənc kadrların yetişdirilməsi məsələlərinə dair maraqlı fikir mübadiləsi aparmışdır. Cənab Hoffmark həmçinin universitetin neft-qaz mühəndisliyi fakültəsinin tələbələri ilə görüşərək onların suallarını cavablandırmışdır.
Cənab Hoffmark Azərbaycanda səfərdə olduğu müddətdə sənaye müəssisələrinin inkişafı, ali məktəblərin kadr hazırlığı siyasəti və ümumilikdə respublikada aparılan islahatlardan məmnunluğunu ifadə edərək ilk səfər təəssüratının zəngin və xoş olduğunu vurğulamışdır.
Xəzər hövzəsində ilk dəfə olaraq SOCAR-AQŞ ilə başlanan əməkdaşlığın əhəmiyyətini vurğulayan cənab Hoffmark yaxın gələcəkdə İADC-nin beynəlxalq statuslu tədbir və konfranslarının Bakıda SOCAR-AQŞ ilə birgə koordinasiya olunaraq təşkil edilməsi niyyətini açıqlamış və Azərbaycanı beynəlxalq ictimaiyyətin təcrübə mübadiləsi üçün füsunkar, tolerant, dinamik inkişaf edən və təhlükəsiz məkan olduğunu xüsusi ilə qeyd etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
İranda dolların qiymətində yeni rekord
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
Ən çox oxunanlar
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
















