Ani Ödənişlər Sistemində “QR kod”la ödəmə imkanı yaradıldı
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilmişdir.
AÖS-ün yaradılmasında əsas məqsəd fiziki şəxslər, biznes strukturları arasında qarşılıqlı hesablaşmaların, həmçinin dövlət orqanlarının xeyrinə aparılan ödəniş əməliyyatlarının bank hesabları üzərindən 24/7 rejimində mobil telefon nömrəsi, FİN kod, e-poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə innovativ ödəniş həllərindən istifadə edilməklə aparılmasının təmin edilməsindən ibarətdir.
Layihənin cari mərhələsində sistemin “AniPay” mobil tətbiqi istismara verilmişdir. Tətbiq vasitəsilə fiziki şəxslər öz bank hesablarından köçürmələri, “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş dövlət orqanları, kommunal təşkilatlar, rabitə operatorları və digər kütləvi xidmət müəssisələri üzrə ödənişləri, həmçinin fiziki şəxslər arasında vəsaitin sorğulanması və aparılmış köçürmənin geri qaytarılması əməliyyatlarını həyata keçirə bilərlər.
Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumata görə, qeyd olunanlarla yanaşı, sistemin yeni istifadəyə verilmiş mobil tətbiqi vasitəsilə Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış e-kassa operatorlarından pilot olaraq seçilmiş “NBA Technologies International” şirkətinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə “Neptun” supermarket şəbəkələrində malların dəyərini “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılmışdır.
AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir. Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılmışdır. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə etmişlər.
Qeyd edək ki, hazırda AÖS platformasına 18 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunmuşdur. Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və “QR kod” ödəniş həlli vasitəsilə nağdsız ödənişlərin artırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























