Onlayn ödəmələr sistemi kiçik və orta biznesi dəstəkləmək məqsədilə yeni layihə təqdim edəcək
Hesab.az portalının sahibi "GoldenPay" şirkəti 2021-ci il ərzində saytın və mobil tətbiqinin təkmilləşdirilməsi, KOB-u dəstəkləmək məqsədi ilə yeni layihənin təqdim edilməsi, böyük şirkətlərlə, banklarla əməkdaşlıq və ortaq layihələr həyata keçirməyi planlaşdırır.
Bu barədə Marja-ya şirkətdən bildirilib.
Eyni zamanda, funksional olaraq yenilənmə və yeni xidmət növlərinin əlavə olunması kimi bir çox yeniliklər də planlanışdırılır.
2020-ci ilin sonunda Hesab.az-ın qeydiyyatlı istifadəçi sayı 600 mini ötmüşdür. Ötən il istifadəçi sayında 20% -ə yaxın artım müşahidə olunub.
2019-cu illə müqayisədə 2020-ci ildə tranzaksiya sayı 40%-dən çox, ümumi dövriyyə məbləği 30% artmışdır.
Hesab.az 2020-ci il ərzində onlayn tədbir biletlərinin alışı, səyahət modulu olan Hesab Travel, Borclarla bağlı sorğu göndərilmə, QR kod ilə ödənişin tətbiqini genişləndirmək kimi bir çox xidmət və funksional yeniliklərini istifadəçilərinə təqdim edib. Eyni zamanda dizayn olaraq da, yenilənərək istifadəçilər üçün daha əlverişli bir interfeys yaradılıb. İl boyu həyata keçirilən dəyərli hədiyyəli kampaniyalar və yarışmalar ilə istifadəçilərə hədiyyə qazandırmağa davam edib. Visa və Mastercard kimi böyük şirkətlər, banklar ilə birgə müxtəlif qazandıran kampaniyalar keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















