Obamadan neft axtarışına maneə
Obama hökuməti, ABŞ-ın qütb bölgələrində və Atlantik okeanı sahillərində neft - qaz axtarışı və hasilatı fəaliyyətlərinin "müddətsiz" əngəlləndiyini bildirib.
"Marja" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, ABŞ-ın qütb bölgələrində yer alan "Chukchi" və "Beaufort" dənizlərinin böyük hissəsinin və Atlantik sahillərindəki 31 sahənin neft - qaz axtarışı və hasilatı fəaliyyətinə "müddətsiz bağlı" olacağı bildirilib.
Bəyanatda həmçinin, Kanadanın baş naziri Justin Trudeaunun da Kanadanın qütb bölgələrində yerləşən rayonların böyük hissəsini neft və qaz fəaliyyətinə "müddətsiz bağlı" olaraq müəyyən etdiyi qeyd ediilib.
Qütb bölgələrində təbii həyatı qorumaq üçün ABŞ-Kanada arasında müxtəlif biznes birlikləri və birgə layihələr keçiriləcəyi vurğulanan açıqlamada, hər iki ölkənin qütblərdə yanacaq istifadəsini mərhələli azaldılacağının dəstəkləyəcəyi məlumatı verilib.
Mütəxəssislər, ekoloji siyasətləri məlum olan Barak Obamanın bu qərarında ABŞ-ın 1953-cü ildə qüvvəyə minən "Xarici Qitə Dəhlizi Əraziləri Qanunu"nun istifadə etdiyinə diqqəti çəkərək, ölkənin yeni seçilən prezidenti Donald Trumpın sözügedən qərarı geri qaytarmasının çətin olduğunu qeyd edirlər.
Seçki kampaniyasında ABŞ-ın zəngin neft, qaz və kömür ehtiyatlarına işarə edən Trumpın bu sahələrdəki tələbləri (tənzimləmələri) azaldaraq ölkənin karbohidrogen hasilatını artırması gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























