Hesab.az və “Bakcell”dən bol hədiyyəli Yeni il kampaniyası!
(®️)Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkətinin birgə təqdim etdikləri yeni ilə özəl kampaniya ilə pulsuz dəqiqə, megabayt, ikiqat Hesab Koin və ya Bonuslar qazanacaqlar.
Bakcell və Hesab.az-ın birgə təqdim etdiyi kampaniyada 16 Dekabr - 05 Yanvar tarixləri arasında qeydiyyatlı şəkildə Hesab.az-dan Bakcell nömrələrin balansını artıran istifadəçilər iştirak edə bilər. Belə ki, “Ulduzum” kodu ilə edilən Bakcell ödənişlərində Hesab.az istifadəçiləri 2-QAT Hesab Koin və ya Bonuslar qazanacaq, həm də etdikləri ödəniş məbləğinə görə həmin an əlavə hədiyyə dəqiqə və ya megabayt qazana biləcəklər. Dəqiqə və megabaytlarla bayram günlərində yaxınlarını, sevdiklərini rahat təbrik edərək Hesab.az-ın bayram hədiyyəsindən yararlana bilərlər.
Kampaniya haqqında ətraflı:https://hesab.az/#/ulduzum
Hesab.az öz istifadəçilərini düşünərək onlara faydalı, qazandıran kampaniyaları etmək ənənəsini 2020-ci ilin sonunda da davam etdirmiş oldu.
Bayram günlərində sevdiklərinizlə əlaqənizin kəsilməməsi, bayramı borcsuz qarşılamaq üçün və sağlamlığınızı qorumaq üçün bütün ödənişlərinizi rahat, evdə çıxmadan Hesab.az-da etməyinizi tövsiyə edirik.
Hesab Koin “Qazananlar Klubu” çərçivəsində istifadəçilərə təklif olunan onlayn ödənişlər üçün nəzərdə tutulan Hesab.az-ın virtual məhsulu hesab olunur.
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim etdiyi proqramdır və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar və ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.
“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir .
Siz də, Hesab.az- ın sizlərə təmin etdiyi üstünlüklərdən yararlanaraq həyatınızı rahatlaşdırın.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 12 saat sonra
-
7 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
8 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
8 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















