Azercell bütün istifadəçilərinə 1GB internet paketini hədiyyə etdi
“Azercell Telekom” Vətən Müharibəsində Qələbə sevincini öz abunəçiləri ilə paylaşaraq, bütün istifadəçilərinə 1GB həcmində internet paketini hədiyyə etdi(®️) Dünən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı tarixi Qələbə münasibətilə təntənəli hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və tarixi ədalətin bərqərar olması səbəbilə yaşanılan ümumxalq sevinc hissi dərin vətənpərvərlik duyğularının təzahürüdür. Bu sevinci abunəçiləri ilə bölüşən “Azercell Telekom” onları töhfəsiz qoymadı.
Belə ki, “Qelebe” sözünü 2525-ə yazıb göndərən istifadəçilər Azercell-in 4G şəbəkəsi daxilində 1GB həcmli hədiyyə internet paketini əldə etdilər. Həmçinin, abunəçilərə təntənəli hərbi paradı mobil cihazlarında izləmək üçün teleyayım imkanlarını rəqəmsallaşdıran, Azercell-in təqdim etdiyi "NNTV" mobil TV xidməti vasitəsilə izləmə fürsəti verildi.
Qeyd edək ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşa şəhərində 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Ölkənin lider mobil operatorunun radiobaza stansiyaları, demək olar ki, ordu birləşmələrimizlə birgə bütün cəbhə boyu irəliləyərək ən ucqar və əlçatmaz nöqtələrdə rabitə əlaqəsini həyata keçirməyə yardımçı olmuşdur.
Bundan əlavə, Azercell şirkəti ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb; “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini mümkün edib; cəbhə bölgələrinə ezam olunmuş informasiya müharibəsində savaşan bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb; Gəncə, Bərdə şəhərlərində raket hücumu nəticəsində baş vermiş hadisələrdə abunəçilərinə rabitə dəstəyi göstərib; Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb; “Azercell könüllüləri”nin xeyirxah təşəbbüslərinin davamı olaraq döyüşlərdə düşmənə layiqli cavab verən hərbçilərimizə əsgər payı göndərib və bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi qulluqçu ailələrinə dəstək kampaniyalarını davam etdirir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
54 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib



















