“Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsinə start verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyə Respublikalarında qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” adlı yeni layihəyə start verilib.
Layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və müvafiq ölkələrin qida təhlükəsizliyi sisteminə nəzərət edən qurumların iştirakı ilə ölkələrin ehtiyacları və regional perspektivlər nəzərə alınmaqla bir sıra ümumi problemlərin həllinə köməklik göstərəcək.
Layihə çərçivəsində qida məhsullarının təhlükəsizliyi sahəsində prioritet risklərin aradan qaldırılması, dövlət və özəl sektorlar üçün əlverişli şəraitin yaradılması, həmçinin regional səviyyəli fəaliyyətlərin davam etdiriləcəyi potensial inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
“Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi çərçivəsində qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi, risk kommunikasiyası və təhlili, risk əsaslı yoxlama və digər qida təhlükəsizliyinə dair mövzularda seminar, treninq və regional konfranslar həyata keçiriləcək. Həmçinin Türkiyə təcrübəsi əsasında layihə ölkələri arasında bilik və təcrübə mübadiləsinə yardım göstəriləcək.
Layihədə qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi və gigiyenası mövzusunda istehlakçıların məlumatlandırılması, sanitariya və fitosanitariya standartlarının tətbiq edilməsi potensialının artırılması, qida təhlükəsizliyinə nəzarəti həyata keçirən qurumların laboratoriya müayinə avadanlıqları və insan resursları potensialının inkişaf etdirilməsi hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















