AQTA yanında İctimai Şuraya üzvlər seçilib
27 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Tədbirdə vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 16 təmsilçildən 9-u İctimai Şuranın üzvü seçilib.
1. Hüseynov Eyyub Mahmud oğlu - "Azad İstehlaçkılar" İctimai Birliyi
2. Abbasov Pərvin Əkbər oğlu - Report İnformasiya Agentliyi
3. Qaraşov Fərhad Arif oğlu - Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
4. Şamilov İlqar Şahvələd oğlu- "Qidalanma və Sağlamlıq" İctimai Birliyi
5. Quliyev Bəşir Şain oğlu - Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası
6. Eyvazov Vüqar Eldar oğlu - "Yoluxucu infeksiyalara qarşı" Beynəlxalq Birlik
7. Muxtarov Orxan Fərhad oğlu - Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyası
8. Səfərov Nazim Faiq oğlu - Azərbaycan Heyvandarlıq Assosiasiyası
9. Salmanlı Zaur Salman oğlu - Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























