Məhdud sayda Rolls-Royce Black Badge yeni rənglərdə istehsal ediləcək
ROLLS-ROYCE "NEON GECƏLƏR" PALİTRASININ RƏNGLƏRİ İLƏ BLACK BADGE XƏTTİNİ ŞƏFƏQLƏNDİRİR
(®️) “"Neon gecələri" – təbiətin özündən ilhamlanan Black Badge xətti üçün çalarların parlaq trilogiyasıdır. Yeni rənglər Bespoke şöbəsi tərəfindən Black Badge versiyalarında Wraith, Dawn və Cullinan üçün nəzərdə tutulmuşdur - Rolls-Royce model xəttinin əsl "anfan terribli". Yeni palitrada ecazkar təbii çalarlar oynanır: yaşıl Avstraliya ağac qurbağasının, Havay ağac çiçəyinin və ekzotik kəpənəyin rəngləri. Seçilməkdən qorxmayanların zövqlərini nəzərə alaraq, məhdud rənglərdə Black Badge modelləri daha parlaq və daha cəsarətli olacaq" - Sami Koltas (Sami Coultas), Bespoke rəng və bəzək dizayneri, Rolls-Royce Motor Cars.
"Neon gecələri"nin parlaq palitrası Black Badge modellərinin yalnız qara olması barədə stereotipləri təkzib edir. Black Badge modellərinin hər biri üçün ayrıca hazırlanmış üç cəsarətli çalarlar: Wraith üçün parlaq yaşıl, Dawn üçün doymuş qırmızı Eagle Rock Red, Cullinan üçün dərin mavi Mirabeau Blue.
İlk olaraq bu çalarlar Amerikalı müştərilərin sifarişi ilə hazırlandı, daha sonra təklifin qlobal səviyyəyə gətirilməsinə qərar verildi və partiyaya hər rəngdən üç nümunə əlavə edildi. Beləliklə, tiraj 12 avtomobil ilə məhdudlaşır - hər çalarda yalnız dörd nüsxə buraxılacaq.
Wraith Black Badge üçün qeyri-adi Lime Rock Green parlaq yaşıl rəng seçilmişdir - bu parlaq yaşıl Avstraliya ağac qurbağasının çalarıdır. Bu rəng Rolls-Royce Bespoke bölməsinin boya üzrə mütəxəssisi Sami Koultasun Sidneydən şimalda yerləşən Tamvortaya səfəri zamanı diqqətini cəlb etdi. Salon isə Scivaro Grey boz dərisi və laym rəngli haşiyə ilə işlənmişdir.
Dawn Black Badge üçün yaradılmış Eagle Rock Red doymuş qırmızı çaları, Havayada yetişən həmişəyaşıl ağac Ohia (Ōhi‘a lehua) çiçəklərinə bənzədilibdir. İçərisi Selby Grey dəri və qırmızı haşıyələmələrlə işlənmişdir.
Bespoke kollektivi Cullinan Black Badge’in qeyri-adi rənginə ekzotik Rhetus Periander kəpənəyindən ilhamlandı. Dərin mavi çalarları ilə tanınan bu kəpənək növünə Mərkəzi və Cənubi Amerikada rast gəlmək olar. Qanadlarının parlaq rəngi Mirabeau Blue rəngində dəqiq şəkildə əks olunur. Salonun Lime Rock Green elementləri ilə ağ Arctic White rəngli dərisi xüsusi bir kontrast yaradır.
Hər üç avtomobil variantının ön panelləri texniki liflərdən hazırlanıb və işığın sürətə görə təhrif olunmasını simvollaşdıran möhtəşəm qrafika ilə bəzədilib. Texnoloji boya neon parıltı təsiri yaradır.
"Neon gecələri" modelləri qeyri-adi rənglərdə məhdud buraxılışlı Black Badge avtomobillərinin ənənəsini davam etdirirlər. Belə ki, 2019-cu ildə Kaliforniyanın Pebbl-Biç festivalında pastel rənglərində Ghost, Wraith və Dawn nümayiş etdirildi. Bu avtomobillərə olan maraq yeni dinamik rəng palitrasının yaradılmasına ilham verdi.
Bu müstəsna çalarlarda hər bir Black Badge modeli yalnız üç seçimdə sifariş üçün mövcuddur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
-
9 d. əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
-
27 d. əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
55 d. əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 59 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
1 saat əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər"
-
2 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
2 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
Ən çox oxunanlar

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət
