“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR
Beynəlxalq valyuta birjalarında Korona böhranı fonunda cari il ərzində 5% dəyər itirən dolların aparıcı valyutalara nisbətən orta qiyməti, keçən həftə ərzində Korona peyvəndinin sınaqlardan uğurla keçməsinə dair xəbərlərin yayılmasından sonra 1% bahalaşmışdır.
Lakin FED üzvlərinin iqtisadi ehtimallar ilə bağlı mənfi açıqlamarından sonra Amerika iqtisadiyyatı fonunda nikbinlik aşırı qiymətləndirilmiş və dollar yenidən ucuzlaşır.
Bu, özünü EURUSD məzənnəsinin bahalaşmasında da göstərir və təhlillərə əsasən, 1.1853$-ın üzərində möhkəmlənərsə, 1.20$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya göstəriciləri və AMB sədrinin çıxışı da investorların diqqət mərkəzində olacaqdır.
GBP
Eyni mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir və 1.3234$-ın üzərində qalan məzənnənin 1.3376$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 11:00-da İngiltərədən də inflyasiya məlumatları yayımlanacaqdır. Breksit ticarət sazişi müzakirələrinə dair açıqlamalar da önəmli rol oynayır.
Qeyd etmək lazımdır ki, bazar günü İngiltərənin Breksit baş məsləhətçisi Deyvid Frostun Tvitter hesabı ilə AB ilə danışıqlarda müsbət irəliləyişlərin olduğunu yazması və Böyük Britaniya kral taxtının varisi şahzadə Çarlzın Almaniya parlamentində münasibətlərin möhkəm olmasının önəmliyindən danışması, son günlər Breksit sazişinə dair nikbinliyi də artırıb.
TRY
Türkiyə Mərkəzi Bank (TCMB) sədrinin dəyişməsindən və beləliklə, maliyyə bazarlarında bankın 15%-ə kimi faiz artımına gedəcəyi ehtimallarının artması, lirənin bahalaşmasına səbəb olmuşdur.
Hazırda 7.70TL ətrafında dalğalanan USDTRY məzənnəsinin gələcək trendi, TCMB-nin faiz qərarının proqnozlaşdırılanın üzərində və ya altında reallaşmasından asılı olacaqdır.
TCMB 15%-dən çox artırarsa və gələcəyə dair daha nikbin açıqlamalar verərsə, lirədə bahalaşma 7.20TL-yə kimi davam edə bilər.
OİL
Korona peyvəndinə dair müsbət xəbərlərin yayılmasından sonra Avropanın Brent nefti 45$-a kimi dəyər qazandıqdan sonra yenidən ucuzlaşıb. Buna səbəb Amerikanın neft ehtiyatlarında sürpriz artım göstəriciləri olmuşdur. Hazırda dolların ucuzlaşmasından dəstək görən Brent neftinin gələcək günlər ərzində 42 - 44$ aralığında dalğalanacağı ehtimal edilir.
Çərşənbə günü saat 19:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Qlobal iqtisadi risklərin artması, əlvan metallar bazarlarında da güvənli liman maliyyə aləti kimi qızılın da dəyər qazanmasına səbəb olmaqdadır. Dolların ucuzlaşması ilə daha da dəstək görən bir unsiya üzrə qiymət, 1880$-ın (60.4 $/qram) üzərində qaldıqca, 1921$-a (61.8 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
6 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!




















